Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Avq 11:15Olke
53-CÜ YAŞA QƏDƏM QOYAN ELMLİ, SAVADLI, ƏQİDƏLİ ŞƏRƏFLİ POLİS RƏİSİ
Respublikaxəbər.az saytının verdiyi məlumata görə 12 avqust 2020-ci il tarixində hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi 11 avqust 2020-ci il tarixdə 52 yaşını tamamladı və bu gün 53-cü yaşa qədəm qoyduğu gündür. İlk öncə doğum gününü təbrik edib, qədəmləri mübarək olsun deyərək mövzuya başlayırıq. Əziz İzləyicilər!
Bildiyimiz kimi, 2019-cu il tarixdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polkovnik Əbülfət Rzayev yeni rəis təyin olunub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilən Əbülfət Rzayevin bioqrafiyası ictimai marağa səbəb olub.
Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Həmin kənddə orta məktəbi təhsilini baş vurduqdan sonra 1986–1988-ci illərdə Daxili qoşunlarda həqiqi hərbi xidmət keçib. 1993–1998-ci illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb.
1989–1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri, 1990–1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim, 1995–1996-cı illərdə Naxçıvan MR Ordubad RPŞ-da polis sahə inspektoru, 1996–1998-ci illərdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində əməliyyat müvəkkili, 1998–2001-ci illərdə Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili, 2001–2004-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili, 2004–2005-ci illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, 2006–2008-ci illərdə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, 2005–2006-cı illərdə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, daha sonra Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, bu mövzudan haşa çıxaraq bunu özəlliklə vurğulamaq istəyirik ki, Əbülfət Rzayev Şəki ŞRPŞ-nin rəisi işlədiyi müddətdə ondan narazaı qalan bir nəfər də olsa Şəkiliyə rast gəlməmişik. Bütün Şəkinin hörmətini, sevgisini və məhəbbbətini qazanmışdır. O, hələ bu gün də Şəkidə xidmətdə olduğu zaman oranın çörəyini yemişəm deyərək yediyi çörəyi itirmədiyini və itirməyəcəyini qeyd edir. Polis-Polkovniki cənab Əbülfət Rzayev haqqında tək Şəkidən deyil, mətbuatçı olduğumuz üçün polis əməkdaşları ilə tez-tez rastlaşırıq. Çoxsaylı polis əməkdaşlarının dilindən Əbülfət Rzayevin tələbəsi olmuşuq, "o elmli deyil, dəryadır" dediklərinin də şahidi olmuşuq. Onu da qeyd edim ki,bir dəfə mən Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasında konfrans zamanı Əbülfət Rzayevin çıxışını da dinləmişəm. Həmin vaxt mən onun çox natiq çıxışına diqqət yetirdim, O, insanların tam anlayacağı şəkildə elə bir çıxış etdi ki, şəxsən mənim Azərbaycan polisinə qarşı olan güvənim, inamım, etibarım, sevgim, sayğım və məhəbbətim həmin gündən daha da artdı. Əbülfət Rzayev Şəki rayonundan isə Nəsimi rayonuna rəis gətirilib.
Nəsimi rayonundan da hazırda işlədiyi yer olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində işləyir. Ailəlidir 4 övladı var
Sonda Respublikaxəbər.az saytının təsisçi və baş direktoru olaraq cənab Əbülfət Rzayevi doğum günü münasibəti ilə fürsətdən istifadə edərək ilk öncə öz adımdan və sonra ailəm adından təbrik edirəm. Ona uzun və xeyirli ömür arzulayıram. Burada bir məsələni vurğulamağı özümə borc bilirəm. Həzrəti Məhəmməd Peyğambərin bir kəlamında buyurulub ki, Alim öldü, aləm öldü deməkdir. Yəni ki, bir alimin ölməsi aləmin ölməsinə bərabərdir. Yəni Əbülfət müəllim alimdir. O daim yaşasın. Ona xalq güvənir. O da xalqı, dövləti və dövlətçiliyi qoruyur. Allah ona uzun ömür ailə səadəti, xoşbəxtlik nəsib eyləsin. Təbrik edirik.
Elyaz Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi