Sorğu
Оцените работу движка

12 İyn 16:52Olke

“Azər­su” ASC gücləndirilmiş iş rejiminə keçdi

“Azər­su” ASC gücləndirilmiş iş rejiminə keçdi


“Azər­su” ASC futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.Bildirilib ki, cəmiyyətin idarə aparatında və rayon sukanal idarələrində məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə ixtisaslaşmış qəza briqadaları təşkil edilib və onlar xüsusi texnika, maşın və mexanizm, malmaterial və avadanlıqlarla təmin olunub.

Yarışlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilib, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda idmançıların və qonaqların yerləşdiyi obyektlərin, həmçinin idman qurğularının su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilib, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün lazımi tədbirlər görülüb.


Respublikaxeber.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi