Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 12:33Olke
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxtın kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən “Tədbirlər planı” təsdiq edilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının səyləri nəticəsində Bakı şəhərinin kommunal xidmət strukturlarının lazımi xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini bildirib.
Qeyd edilib ki, paytaxt qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Şəhər və rayon İcra Hakimiyyətlərinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Müşavirədə payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək, hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.
Həmçinin, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi