Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 İyn 14:50Olke
Bakıda çimərliklər açılır - Mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub - FOTO
Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub.
Milli.Az-a istinadən Respublikaxeber.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildirib ki, çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib:
"Keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradıldı. İlk olaraq belə çimərlik Səbail rayonunda, "Şıx" çimərlik ərazısındə, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edildi. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırıldı, futbol və voleybol meydançaları yaradıldı, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradıldı. Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyuldu, ərazı boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, əlavə işlər görülüb".
Qeyd edək ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir:
"Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılmış, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılıb.
Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir. Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilirb".
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ