Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyn 12:39Olke
Prezidentin köməkçisi: “Jurnalistlərin mina partlayışında həlak olmasının məsuliyyətini bilavasitə Ermənistan daşıyır”
“Mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə mülki Azərbaycan insanlarını hədəfə alan siyasət yeridir”.
Respublikaxəbər.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
MDB PA-nın daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşüb
H. Hacıyev deyib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək hallardır: “Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ bütün beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb: “Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, mina xəritələri Ermənistan tərəfindən təhvil verilməlidir. Bu, eyni zamanda Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasəti yürüdən, mülki insanları hədəfə alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasətinə tam sadiq olan bir dövlətdən danışırıq. Ermənistanın üzərində bu öhdəlik olduğu halda biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyadalar əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir. Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki insanlar, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu kəndə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xətti və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız məqsədyönlü şəkildə mülki insanları öldürməkdir”.
H. Haıcyev nəzərə çatdırıb ki, Azərbaycan Respublikası tərəfindən mina məsələsi ilə bağlı artıq dövlət ittihamı səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında iş qaldırılıb: “Ermənistanın minalanma siyasəti nəticəsində Azərbaycan vətəndaşlarının qurban olması və bu kimi hallarla bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında konkret məsələlər qaldırılıb”.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi