Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 İyl 11:23Olke
Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı
“Ermənistanın Tovuzdakı təxribatlarının bir neçə səbəbi var. Bundan əvvəl Ermənistan işğalçı və irticaçı doktrina qəbul etmişdi. Burada yeni ərazilərə iddialar var idi”.
Respublikaxəbər.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı keçirilən mətbuat konfransında bildirib.
H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus UAZ avtomobilinin guya Ermənistan tərəfinə keçməsi barədə iddiaları gülüş doğurur.
“Bu, təsadüfi atəşkəs pozulması halları deyildi. Məqsəd diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Ermənistanın daxil olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək idi.
Ermənistanın digər məqsədi yeni ərazilər işğal etmək və ərazidəki Azərbaycana məxsus yüksəkliklərin ələ keçirilməsi idi. Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı”.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.
“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.
H.Hacıyev söyləyib ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı:
“Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər