Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 İyl 20:58Olke
Prezidentin köməkçisi: “Ermənistanın təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir”
“Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlidir”.
Respublikaxəbər.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu barədə lazımi beynəlxalq təşkilatlara məlumat verilib:
“BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə və digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək göstərib.
Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki, biz yenə də standart cavablar alırıq”.
H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir:
“Cənab Prezident İlham Əliyevin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər beynəlxalq ictimaiyyət tərəfindən izlənilir”.
“Azərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir”, - deyə H.Hacıyev qeyd edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi