Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 May 11:42Siyaset
Hikmət Hacıyev: Futbol siyasiləşdirilməməlidir
İtaliya mətbuatına müsahibə verən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa "Arsenal" komandasının futbolçusu Henrik Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
Onun sözlərinə görə, gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır.
"Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitaryan da daxil olmaqla, Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir.
Futbol, ümumiyyətlə, idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba - "Arsenal" və "Çelsi"yə uğurlar arzu edirik.
Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq", - deyə Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini əlavə edib
"Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar.
Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi