Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Mar 18:59Olke
Piyada səkisi 2-ci dəfə satıldı, indi 3-cüsü tikilir - Bakıda rəzalət
Millitv.az-ın, Bakupost.az-a istinadən verdiyi məlumata görə Respublikaxəbər.az xəbər verir ki, Bakının Xətai rayonunda, Xudu Məmmədov küçəsində yenidən piyada səkisinin tikintisinə başlanılıb.
Bakupost.az xəbər verir ki, bir neçə ildir piyada səkisinin olmaması səbəbindən sakinlər maşın yolu ilə hərəkət etməyə məcbur olurdular və bu da böyük təhlükə yaradırdı. Bu baxımdan piyada səkisinin çəkilməsi təqdirəlayiqdir.
Ancaq məsələ burasındadır ki, bu, Xudu Məmmədov küçəsində çəkilən 3-cü piyada səkisidir. Belə ki, “Həzi Aslanov” metrostansiyasından Vinqtau küçəsinə qalxan yolu birləşdirən Xudu Məmmədov küçəsi kifayət qədər geniş olmaqla bərabər, ətrafında meşə zolağı və hər iki tərəfində piyada səkisi olan gözəl mənzərəli bir sahə idi. Sıra ilə düzülən binaların yola baxan hissəsində geniş səki, ondan sonra 4-5 metr enində meşə zolağı, daha sonra maşınlar üçün bir neçə zolaqlı yol, daha sonra 2 metr enində yolun qarşı tərəfində daha bir piyada səkisi və yenidən kiçik meşə zolağı vardı.
Xətai rayon İcra Hakimiyyəti bir neçə il öncə binaların önündəki piyada səkisinin bir hissəsini, eyni zamanda hər iki tərəfdəki meşə zolaqlarını başdan-başa ticarət obyektlərinə satdı. Bu satılmalardan sonra tikilən obyektlər piyada səkilərini dərhal mənimsədilər, nəticədə yeni piyada zolağı çəkildi, əlbəttə ki, maşın yolunun kiçilməsi hesabına.
Bu “yenidənqurma” işlərinin sonucunda 6 zolaqlı yol 4 zolaqlı halına gəldi, meşə zolarları isə sıradan çıxdı.
Bir müddətdən sonra Xətai RİH yeni çəkilən piyada zolaqlarını da satmağa başladı. Meşə zolaqlarında tikilən ticarət obyektləri, maşınyuma məntəqələri, restoranlər və s. yeni piyada zolarlarını da zəbt etdi və piyadaların gediş-gəlişi üçün imkanlar tamamilə tükəndə, insanlar maşın yolunda yeriməyə məcbur oldular.
Nəhayət bugündən yeni piyada zolağının tikintisi və yolun təmirinə qərar verilib. Amma heç də obyektlərin zəbt etdiyi hissənin sökülməsi hesabına yox. Yenə də piyada səkisi maşın yolunun hesabına yaradılır və nəticə fotolardan gördüyünüz mənzərədir: artıq Xudu Məmmədov küçəsinin bir hissəsində yol ikizolaqlı (bir gediş, bir gəliş) hala gəlir.
Çox böyük ehtimalla bir neçə ildən sonra yeni piyada zolaqları da yol kənarındakı obyektlərə satılacaq və yenidən piyadalar maşın yoluna töküləcəklər. Onda yəqin ki, ümumiyyətlə Xudu Məmmədov küçəsini maşınların gediş-gəlişinə bağlamaq lazım gələcək.
İH-lərin azgözlüyü və talançılığının nəticəsidir ki, Bakı beləcə tıxaclar şəhərinə çevrilir və yol getmək mümkün olmur...
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi