Sorğu
Оцените работу движка

24 Sen 09:31Olke

Bakıda piyada səkisinə qoyulan qaz tənzimləyicisi problem yaradır

Bakıda piyada səkisinə qoyulan qaz tənzimləyicisi problem yaradır




Bakının mərkəzində piyada səkisi zəbt edilib.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Yasamal rayonundan gedir. Rayonun Giləzi küçəsindəki (6-cı paralel ilə kəsişmədə) piyada səkisində pandusun üzərinə qaz tənzimləyicisi qoyulub.

Sakinlər piyada keçidindən rahat istifadə edə bilmədikləri üçün, həm də bu mənzərənin şəhərin gözəlliyini pozduğuna görə şikayət edirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən (İB) Oxu.Az-a verilən açıqlamada, məsələnin nəzarətə götürüldüyü deyilib:

“Bildiririk ki, piyada səkisinin üzərində olan qaz tənzimləyicisi yaxınlıqdakı MTK-ya məxsusdur. Hazırda ərazi üzrə icra hakimiyyəti tərəfindən tənzimləyicinin yerinin dəyişdirilməsi üçün yer ayrılması məsələsi müzakirə olunur. Müvafiq yer seçildikdən sonra tənzimləyicinin yeri dəyişdiriləcək.

Onu da qeyd edək ki, bu səhvin aradan qaldırılması üçün Mənzil Tikinti Kooperativi ilə birlikdə zəruri tədbirlərin görülməsinə çalışılacaq”.






Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi