Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Mar 00:06Olke
"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" - NARAZILIQ!
Füzulinin Arayatlı kənd sakini, MAXE Şöhlət Musazadə İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən hərbi əməliyyatlar zamanı snayperlə vurulub.
Güllə döyüşçünün döş qəfəsindən girib, ağciyərini deşərək onurğa sütununu zədələyib. Aldığı ağır güllə yarasından sonra ayaqları tutulub, yeriyə bilmir. Beş aydan çoxdur ki, yataq xəstəsidir.
“Şöhlət yaralanandan sonra Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Bakıya köhnə, sınıq-salxaq bir tibb maşını ilə göndərmək istəyirdilər. Anam və qardaşlarımla etiraz etdik ki, yaralıdır, vəziyyəti ağırdır. Normal bir maşınla yola salın, vəziyyəti də ağırlaşmasın”, - hərbçinin qardaşı Taleh Musazadə Meydan TV-yə deyir.
“Bakıda o, əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildi. Hərəkətsizlikdən belin aşağı hissəsində yataq yaraları yarandı. Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirildikdən sonra həmin nahiyədə dəriköçümə əməliyyatı etdilər. Hər dəfə yataqda o tərəf-bu tərəfə hərəkət edəndə yarası açılırdı. Həkimlər yaranı üç-dörd dəfə tikməli oldular”, - o bildirib.
Taleh Musazadə deyir ki, “YAŞAT” Fonduna müraciət edib qeydiyyatdan keçiblər. Türkiyəli həkimlər tərəfindən müayinə olunan Şöhlət Musazadə siyahıda 13-cü olmasına baxmayaraq, müalicəsi gecikdirilir:
“Qardaşım aylardır ki, hərəkətsiz vəziyyətdə yataqda qalıb. Fondun siyahısında qabağa tanış və qohumları salırlar. Dəfələrlə “YAŞAT” Fondunun qaynar xəttinə zəng etmişəm. Hər dəfə də deyirlər ki, Şöhlət Musazadənin adı siyahıda var. Xaricə müalicəyə aparılmazdan bir neçə gün əvvəl sizinlə əlaqə saxlayacağıq. Sonuncu dəfə danışanda bildirdim ki, qardaşımın vəziyyəti ağırdır, belində yataq yaraları yaranıb. Fondun əməkdaşı söylədi ki, yaralı hərbçinin vəziyyəti ilə bağlı xəstəxana məlumat verməlidir, əgər uyğun bilsələr, aparacağıq. Xəstəxana da fonddan cavab gözlədiklərini deyirlər”.
"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız"
Hərbçinin qardaşı məsələ ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazdıqlarını bildirib: “Nə edəcəyimizi bilmirik. Ümid edirəm ki, heç olmasa, məktublardan sonra qardaşımın səhhətinə əncam çəkilər. O yaralanandan bəri aidiyyəti qurumların biri gəlib, qapını açıb içəri girməyib ki, görüm necə yaşayırsınız. Kimisə göndərirlər, kağıza bir-iki qeyd edir, vəssalam. Gedir, sonra heç bir xəbər-ətər çıxmır. Müharibə vaxtı deyirdilər ki, gələcəyik, lazımi köməkliyi göstərəcəyik. Noyabrın 10-dan sonra hamı yoxa çıxıb”.
Şikayətçi hazırda Baş Klinik Hospitalın ikinci korpusunda yatan qardaşı Şöhlət Musazadənin müalicəsini qənaətbəxş hesab etmir: “Əvvəlcə hospitalın aşağı mərtəbəsinə yerləşdirilmişdi, orada yaxşı baxmırdılar. Qardaşımın başını, ayaqlarını onunla eyni palatada yatan, nisbətən yüngül yaralı hərbçi yoldaşı yuyurdu. Xəstəxana işçiləri demişdi ki, mən burada ayaqyuyanam?! Bu söhbətə görə Müdafiə Nazirliyinə şikayət də etmişəm”.
"Atamızı itirəndə uşaq idi, anamız bizi böyütdü"
İkinci Qarabağ müharibəsi zamanı ailənin daha bir üzvü Əllabbas Musayev könüllü Xocavənd döyüşlərində iştirak edib. Buna görə medalla təltif olunub: “Biz vətənimizə hər zaman xidmət etməyə hazırıq. Sadəcə, belə haqsızlıq görəndə təəssüflənirsən. Atam Möhübbət Musayev Füzuli Rayonunda Narkotiklə Mübarizə Bölməsinin baş müvəkkili olub, rütbəsi mayor idi. 2011-ci ildə qəfil vəziyyəti pisləşdi, altı aydan sonra vəfat etdi. Atamızı itirəndə uşaq idik, anamız tək bizi böyütdü. Digər qardaşım Məhəmmədəli Musayev də Dövlət Qoşunlarının Sərhəd Xidmətində baş gizirdir. Aidiyyətı qurumlardan xahiş edirəm ki, tezliklə qardaşımın Türkiyədə müalicəsi üçün lazımi tədbirlər görülsün”.
“YAŞAT” Fondu: "Yalnız həkim rəyləri əsasında addım atırıq"
“YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova Meydan TV-nin sorğusunu cavablandırarkən bildirib ki, ötən həftə Türkiyədən dəvət olunmuş həkim heyəti yüz əllidən çox ağır yaralanmış döyüşçünün müayinəsini keçirib: “Qazimiz Şöhlət də həmin müayinə olunanlardan biri idi. Fondun tibbi qərar vermək səlahiyyəti yoxdur. Hərbçilər Türkiyəyə müalicəyə həkimlərin rəyi əsasında göndərilir. Hazırda türkiyəli həkimlərin yekun rəyini gözləyirik. Şöhlət də daxil olmaqla, qazilərimizin müayinəsi ilə bağlı yekun rəy təqdim olunan kimi müalicəyə göndəriləcəklər. Onu da bildirim ki, Şöhlət Musazadənin siyahıda adının on üçüncü olması məsələsi həqiqəti əks etdirmir. Çünki bizim tərəfimizdən belə bir sıralama yoxdur. Bu mövzuda biz yalnız həkim rəyləri əsasında addım atırıq".
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ