Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 May 10:20Olke
Oqtay Gülalıyev Bakıya gətirilə bilər
Adil Qeybulla: “Onun Azərbaycana qaytarılıb müalicəsinin burada aparılması daha məqsədəuyğundur...”
Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevdən uzun müddətdir ki, xəbər yoxdur. Sonuncu dəfə onun vəziyyəti ilə bağlı açıqlama fevral ayında ailəsi tərəfindən verilib. Bəs Oqtay Gülalıyevin hazırkı durumu necədir?
Yada salaq ki, 2019-cu ildə oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.
Bu ilin fevral ayında ailə üzvlərinin paylaşdıqları son məlumatlara görə, onun səhhətində irəliləyiş müşahidə edilib. Oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb: “Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsilə öz ayaqları üzərində dura bilir”.
Xanımı Firuzə Gülalıyeva “Amerikanın Səsi”nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq, Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb: “Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi”.
Onun indiki vəziyyəti barədə əksər dostları məlumata sahib deyillər. Lakin Oqtay Gülalıyevin durumundan xəbərdar olan professor Adil Qeybulla aşağıdakıları söyləyib:
“Məlumatlı adam kimi deyirəm ki, hələ Oqtay Gülalıyev komadadır, ayılma yoxdur. Hesab edirəm ki, onun Azərbaycana qaytarılması, müalicənin burada aparılması daha məqsədəuyğundur. Oqtay Gülalıyevin komadan ayılması məsələsinə gəlincə isə, deyim ki, ümumiyyətlə, komadan ayılma şansı hər zaman var. Lakin bir məsələ var ki, koma dövrü uzandıqca ayılma şansı da aşağı düşür. Ən əsas şeylərdən biri də beyinin hansı itkilərlə komadan ayılacağı məsələsidir. Biz arzu edirik ki, beyin maksimum az itkilərlə ayılsın. Ancaq nəticəni birmənalı proqnozlaşdırmaq da çətindir. Travma beyinin sol yarımkürəsində olub. Həmin hissədə isə nitq, yazı mərkəzi və sairə var. Ona görə də hələ biz bilmirik ki, beyin hansı imkanlarını saxlamaqla özünə gələcək. Bunun üçün zaman lazımdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi