Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Mar 14:04Olke
Hikmət Hacıyev: “Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”
“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.
Respublikaxəbər.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.
“Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir”, - o qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib:
“Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”.
H.Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır. O qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi