Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Fev 10:38Olke
Oğurluqda təqsirləndirilən Vətən Müharibəsi QAZİSİ həbs edildi - 3 medal almışdı / FOTO Oğurluqda təqsirləndirilən Vətən Müharibəsi QAZİSİ həbs edildi -
Sosial şəbəkələrdə Vətən Müharibəsində döyüşən qazi Aydın Ağazadənin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Geniş müzakirə olunan bu məsələyə görə vətəndaşlar verilən qərarla bağlı qınayıcı fikirlərini ifadə ediblər.
Korrupsiya-q.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə tutulub.
Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.
O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib. Aydın Ağazadənin ayağına müəyyən edilən ərazini tərk etməməsi üçün GPS bazubənd də bağlanıb.
İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.
Hər iki cinayət işi ilə bağlı istintaq yekunlaşdırılaraq 2020-ci il fevralın 2-də iş materialları baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə prosesi davam etdiyi müddətdə Vətən Müharibəsi başlayıb. Aydın Ağazadə könüllü səfərbərliyə yazılıb və sentyabrın 27-dən döyüşlərə qatılıb. O, döyüşlərdə sağ budundan yaralanaraq müharibəni qazi kimi tərk edib.
Əsgər Aydın Ağazadə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
A.Ağazadə döyüşdən qayıtdıqdan sonra məhkəmə prosesi bərpa edilib və Cəlilabad rayon məhkəməsinin hakimi Elxan Əmirəliyevin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Aydın Ağazadə məhkəmə zalında həbs edilib.
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB