Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Sen 17:50Olke
Bakıda qadını öldürən şəxslər məhkəmə qarşısına çıxarılır
Qeyri-aşkar şəraitdə törədilən qətllərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 6-da Abşeron rayon sakini Zərnişan Hacıyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində Natiq Talıbovun üzərində zorakılıq əlamətləri olan meyitinin isə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aşkar edilməsi faktları üzrə Xəzər və Sabunçu rayon prokurorluqlarında başlanmış cinayət işləri vahid icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilib.
Cinayət işinin xüsusi mürəkkəbliyi nəzərə alınaraq, istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla Zərnişan Hacıyevanın əri Anar Hacıyevin qardaşı Sakit Hacıyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı ilə həmkəndlisi və qonşusu Natiq Talıbovu qısqanclıq zəminində onlardan qisas almaq məqsədilə hər iki şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Anar və Sakit Hacıyevlər Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Ötən gün cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər