Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Fev 16:34Olke
“Xüsusi təyinatlılar” azərbaycanlı “qanuni oğru”nun qarşısında diz çökdü – VİDEO
Kriminal aləmdə “Albert Rıjiy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 illik yubiley gecəsində xüsusi təyinatlıların formasını (tanınma nişanları, şevronlar olmadan) geyinən artistlər onun qarşısında diz çökərək şou göstəriblər. Bu barədə Rusiyanın “Prime Crime” İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter məlumat yayıb.
Onun sözlərinə görə, iki gün öncə Moskva yaxınlığında yerləşən “Ocaq” restoranının ümumi zalına əyinlərində xüsusi təyinatlıların geyimi olan şəxslər daxil olublar. “Xüsusi təyinatlılar” səbəbkara yaxınlaşaraq onun qarşısında diz üstə çöküblər və təzim ediblər.
Bu qurama “tamaşa” güc strukturlarının da qəzəbinə səbəb olub. “90-cı illərdə cinayətkarlar, quldurlar özlərinə rəva bilmədiklərini Moskvada yaşayan bəzi “qanuni oğru”lar hüquq mühafizə orqanlarındakı əlaqələri sayəsində həyata keçirirlər”- Rusiya Daxili İşlər Nazirliyindəki mənbədən bildirilib.
V.Qefter həmçinin ötən il cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri zamanı saxlanılan “Petrik” ləqəbli nüfuzlu “qanuni oğru” Aleksey Petrovun onurğasının sındırılmasını da xatırladıb.
Qeyd edək ki, Əli Heydərov 1981-ci ildə Gəncədə anadan olub. 1996-cı ildə Rusiyanın Arxangelsk şəhərinə köçüb. Bir müddət sonra Arxangelskdəki “Komsomolskaya” mütəşəkkil cinayətkar dəstəyə qoşulub. 2000-ci ildə oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma, ölümə cəhd kimi maddələrlə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan”ın klanına daxil olub. 2012-ci ildə “Ded Xasan” tərəfindən taclandırılıb.
Ötən ilin iyununda “Albert Rıjiy”nin vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsi – 13 ayı şərti hesab edilərək azadlığa buraxılıb. Məhkəmə prosesi zamanı “Albert Rıjiy” təqsirini etiraf edərək peşman olduğunu deyib. busaat.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi