Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 May 14:33Kriminal
Məşhur azərbaycanlı kriminal avtoritet Moskvada tutulub Bakıya gətirildi - TƏFƏRRÜAT
Rusiyanın paytaxtı Moskva şəhərində həbs edilən tanınmış kriminal avtoritet Rüstəmov Akif İslam oğlu Bakıya ekstradisiya edilib.
News24.az-a istinadən Respublikaxeber.az məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci, yəni qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi açlıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə 5 nəfər zərərçəkən kimi tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmin tanınmış üzvlərindən olan Akif Rüstəmovun işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Rüstəmov Akif İslam oğlu uzun illər Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 145.2.6-ci maddəsi (silahdan yaxud, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olub. Lakin o uzun müddət adını və ünvanını dəyişdirərək Rusiyada gizlənib.
Daha sonra Moskvada azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb. "RİA-Novosti" məlumat yayıb ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.
Onun sözlərinə görə, azərbaycanlı Rusiyada 20 ildir başqa adla gizlənirdi. Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Azərbaycanın Akif Rüstəmov 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.
"Fiqurant 1997-ci ildən cinayət məsuliyyətindən gizlənirdi. O, SSRİ-nin başqa vətəndaşının pasportundan istifadə edərək Rusiya Federasiyasının vətəndaşlığını və Rusiya ümumvətəndaş pasportunu alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Azərbaycan Respublikasında bu məlumatlar altında tamamilə başqa insan yaşayır", - Volk deyib.
Onun Rusiya Milli Qvarsiyasının dəstəyi ilə Miçurin prospektində saxlanıldığı bildirilir.
İrina Volk dəqiqləşdirib ki, fiqurantın Rusiya vətəndaşlığı artıq ləğv edilib və ona verilmiş pasportlar etibarsız hesab edilib.
Azərbaycanlının kirayə yaşadığı mənzildə axtarış zamanı "İJ-70 və "Brauninq" markalı tapançalar, 9 millimetr kalibrli 23 güllə və başqa anket məlumatları ilə Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.
Saxlanılan barəsində qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi qaldırılıb və həbs qətimkan tədbiri seçilib. İdarənin nümayəndəsi bildirib ki, onun Azərbaycana ekstradisiyası planlaşdırılır. Azərbaycanlının Rusiya ərazisində başqa cinayətlərdə iştirakı yoxlanır.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi