Sorğu
Оцените работу движка

22 Dek 11:30Olke

Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun xalası oğlu da şəhadətə ucalıb

Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun xalası oğlu da şəhadətə ucalıb


İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"Qafqazinfo"nun məlumatına görə, söhbət Yusifov Elbrus Şəmsi oğlundan gedir.

O, ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi.

1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan Elbrus Yusifov Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib.

Kiçik çavuş Tovuzda yerləşən N saylı hərbi hissənin kəşfiyyatçılarından olub. O, daha sonra Qaraqaya yüksəkliyində manqa komandiri kimi xidmətini davam etdirib. Elbrus Yusifov bu ilin iyulunda baş verən Tovuz döyüşlərinin də iştirakçısı olub.

Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Elbrus Yusifov Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun xalası oğludur. Şəhidimiz bu gün Ağdam kəndinin Şəhidlər Xiyabanında, şəhid xalası oğlunun yanında torpağa tapşrılıb.

Onu da əlavə edək ki, şəhidimizin iki övladı vətənə yadigar qaldı.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi