Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Dek 10:02Olke
XTQ-nin Vətən Müharibəsi Qəhrəmanları - FOTO
Məlum olduğu kimi, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Bu ada layiq görülənlər arasında Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrin gizirləri də var. Onlardan bir neçəsi şəhidlik zirvəsinə ucalıb.
“Qafqazinfo” İkinci Qarabağ savaşında şücaət göstərən XTQ üzvləri barədə məlumatları təqdim edir:
Şəhid Baş gizir Sübhan Rahim oğlu Cəbrayılov
Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.
2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Vətən Müharibəsində Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunmasında iştirak edib.
“Cəbi” ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Onun nəşi iki gün neytral meydanda qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhid Sübhan Cəbrayılov qüsursuz xidmətlərinə görə bir sıra medallarla təltif olunub. Ailəli idi, iki övladı yadigar qaldı.
Baş gizir Hüseynov Yaşar Əhəd oğlu
Vətən Müharibəsi Qəhrəmanı XTQ üzvüdür. Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Bir neçə ağır döyüşlərdə iştirak edən Yaşar, Şuşaya bayraq sancdıqdan sonra, Azan oxuması ilə diqqət çəkmişdi. O, Aprel döyüşlərində də iştirak edərkən yaralı halda 6 erməni hərbçisini zərərsizləşdirib mövqeyini qoruya bilmişdi.
Yaşar Hüseynovun qardaşı Füzuli Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.
Şəhid baş gizir Camal İsmayılov
Camal İsmayılov 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində dünyaya gəlib. 2002-ci ildə hərbi xidmətə başlayan Camal XTQ-nin kəşfiyyatçılarından olub. Aprel döyüşlərinin də iştirakçısı olan baş gizir, Türkiyə və Gürcüstanda xüsusi təlimlər keçib.
Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulub. Onun son döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında olub. Ailəli idi, bir neçə ay sonra 3-cü övladı dünyaya gələcək.
Şəhid baş gizir Mehrab Niftəliyev
Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Qubanın Qamqam kəndində doğulub. 17 il XTQ-də xidmət edib.
O xüsusən çətin hərbi təlim sayılan “Qafqaz qartalı” və “EFES” təlimlərini keçib. Aprel döyüşlərinin iştirakçısı olan Niftəliyev Ali Baş Komandan tərəfindən şəxsən mükafatlandırılıb.
Döyüş yoldaşlarının “Terminator” ləqəbini verdiyi baş gizir Niftəliyev Cəbrayıl, Füzuli və Şuşa döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi, 3 övladı yadigar qaldı.
Şəhid gizir Vəliyev Elyar Arif oğlu
Gizir Vəliyev Elyar Arif oğlu Qubustanın Sədəf kəndindəndir. O, 10 il öncə XTQ sıralarına qoşulub. Vətən Müharibəsində Cəbrayıl istiqamətində içində yüksək rütbəli erməni zabitlərinin olduğu UAZ-ı partladıb. Elyar öz doğum günündə, 17 oktyabrda Füzulinin işğaldan azad edildiyi gün döyüşdə olub. Elyarın son döyüşü Şuşa istiqamətində olub. Ailəli idi, 5 övladı yadigar qaldı. Şəhidimiz üçəm atası idi.
Kiçik gizir Cabbarov Orxan Rövşən oğlu
25 yaşlı Orxan Cabbarov Aprel döyüşlərinin iştirakçısı olub. O, 2019-cu ilin yanvarından “Yaşma”da xidmətə başlayıb. “Canavar” ləqəbi ilə tanınan Orxan Cabbarov oktyabrın 16-da, öz ad günündə erməni polkovniki əlbəyaxa döyüşdə zərərsizləşdirib.
Oktyabrın 25-də yaralınıb hospitalda müalicə olunsa da, bunu ailəsindən gizlədib. Yenidən cəbhəyə yollanan gizir Cabbarov, Şuşa uğrunda gedən doyüşlərdə belindən aldığı qəlpə yarası ilə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidimiz noyabrın 11-də, Tovuz rayonu Bozalqanlı kendində atasının məzarı yanında torpağa tapşırılıb. Ailəli idi, yaş yarımlıq Ayxan adlı övladı yadigar qaldı.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev və onun müavini general-mayor Kənan Seyidova da Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi