Sorğu
Оцените работу движка

22 Dek 11:16Olke

Hadrutda ilk stomatoloji kabinetin həkimi: “10 günə 300 əsgərə xidmət etmişik”

Hadrutda ilk stomatoloji kabinetin həkimi: “10 günə 300 əsgərə xidmət etmişik”



Ötən gün Azərbaycanın işğaldan azad edilən ərazilərindən birində - Hadrutda stomatoloji kabinetin yaradılması ilə bağlı xəbər vermişdik. Bu gözəl təşəbbüsün müəlliflərindən biri olan Ceyhun Səfərov N saylı hərbi hissədə əsgərlərə xidmət etməkdən məmnun olduqlarını deyib.

Oxu.Az-a açıqlama verən stomatoloq Ceyhun Səfərov bildirir ki, fəaliyyətə dekabrın 12-dən başlayıblar:

“Biz dörd nəfər həkim olaraq belə bir addım atmağı düşündük. Hər kəs əsgərlərimiz üçün əllərindən gələni edir. Düşündük ki, belə bir xidmətə də ön cəbhədə onların ehtiyacı olmamış olmaz. Bu ayın 12-dən könüllü olaraq Hadrutda yerləşən N saylı hərbi hissədə stomatoloji xidmətlərə başladıq. İlk fəaliyyətimiz bölüyün tibb otağında oldu. Daha sonra tibb məntəqəsinə stomatoloji kabinet qurduq”.


Həkim deyir ki, dekabrın 12-dən bu günə qədər təxminən 250-300 hərbi qulluqçuya xidmət gəstəriblər:

“Dəqiq saymamışıq, bəlkə də çox olar ki, az olmaz. Əsgər, zabit, gizir MAXE-lərin şikayətlərinə baxırıq. Dişlərini müalicə edir, düzəldirik. Bu bizim öz təşəbbüsümüzdür və davamlı olacağına inanırıq. Bizdən asılı olan və olmayan səbəblər var. Odur ki, mümkün olduqca işğaldan azad olunan digər ərazilərimizdə də bu xidməti yaradacağıq. İnşallah bütün cəbhə boyu bu işləri görmək istəyirik. Ümid edirəm ki, qısa zamanda Şuşada da əsgərlərimizə xidmət etmək nəsib olacaq”.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi