Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Dek 09:33Olke
Yaralı əsgərlərə kömək edən cərrah: “Dedi, övladım dünyaya gəlib, onu qucağıma almamışam, qolumu kəsmə” - FOTO
“Döyüş bölgəsinə çatanda təcili tibbi yardım və hərbi maşınlar yaralıları xəstəxanaya çatdırırdı. Yerli əhali də xəstəxananın qarşısına toplaşaraq yaralıların daşınmasına kömək edirdi. Vaxt itirmədən Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovla görüşərək, ona gəlişimin məqsədi barədə məlumat verdim.
Dərhal cərrahiyyə formamı geyinərək, fəaliyyətə başladım. Gətirilən yaralı əsgərlər ambulansdan düşürülən kimi çeşidləmə aparılır, yaraların ağırlıq dərəcəsindən asılı olaraq ya təcili yardım, ya da əməliyyatxana otağına yerləşdirilirdi.
Xəstəxananın ultrasəs cihaz, rəqəmsal rentgen, digər müasir cihazlarla təmin edilməsi yaralılara yüksək səviyyədə tibbi yardım etməyimizə yardımçı olurdu”.
Bu sözlər İkinci Qarabağ Müharibəsində yaralı əsgər və zabitlərə tibbi yardım göstərən fədakar həkimlərdən biri, Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayevə məxsusdur.
O, sentyabrın 27-də Vətən Müharibəsinin başlaması ilə əlaqədar Tibb Universitetinin və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinin xeyir-duası ilə könüllü olaraq ön cəbhəyə yollanıb.
O, bütün bunlar barəsində universitetin mətbuat xidmətinə verdiyi müsahibədə danışıb. Həkim təəssüratlarını bölüşərkən deyib:
“Yaralılara xidmət göstərən xəstəxananın yaxınlıqda yerləşən Füzuli Diaqnostika Mərkəzində III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov da yaralılara tibbi yardım göstərirdi.
O, ən çətin anlarda məsləhət və yardımını bizdən əsirgəmir, həmişə yanımızda olurdu. Yardım göstərilən yaralılar yenidən çeşidlənərək döyüş bölgəsindən ya paytaxta, ya da digər rayonlarda təşkil olunmuş hospitallara təxliyyə olunurdu”.
Həkim M.Abdullayev gün ərzində xəstəxanaya təxminən 80-150 yaralının qəbul edildiyini və fəaliyyət göstərdiyi 16 gün ərzində həkim briqadası tərəfindən 1000-dən çox yaralıya tibbi yardım göstərildiyini bildirib.
O, həmin günlərdə baş verən təsirli və duyğulu məqamlara da toxunub:
“Əsgərlərdə yüksək döyüş ruhu, vətənpərvərlik hissi hökm sürürdü. Müalicə olunan əsgər və zabitlər yaralarının tez sağalmasını və yenidən döyüş meydanına qayıtmağı istəyirdilər. Çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, bir cəbhə komandirinin ayağının yarası sarınan kimi, axsaya-axsaya döyüşə qayıtmasını heç cür unuda bilmirəm. Öz yarasını unudub, yanındakı yaralıya yardım göstərməyimizi tələb edən əsgərlə necə öyünməmək olar?
Bir epizod da gözümün önündən getmir. Sağ qolundan güllə yarası almış əsgərə yardım göstərərkən amputasiya olunmasından ehtiyat edərək, “Həkim, mən döyüşə gələndən sonra övladım dünyaya gəlib. Onu qucağıma almamışam, qolumu kəsmə!”, - deyən əsgərin arzularını eşidəndə necə duyğulanmamaq olar?”
Tarixi zəfərlə başa çatan Vətən Müharibəsində qəhrəman əsgər və zabitlərimizə tibbi xidmət göstərən Mirsaleh Abdullayev bütün bunları özünün mənəvi borcu hesab edir. Onun atası Miryaqub Abdullayev də tibbi xidmət mayorudur, Birinci Qarabağ Müharibəsində iştirak edən Vətən müdafiəçilərinə tibbi yardım göstərib. İndi o, atasının yolunu davam etdirir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ