Sorğu
Оцените работу движка

18 Dek 18:16Olke

Yenilməz Vətən oğlu şəhid Azad Yolçuyev - VİDEO

Yenilməz Vətən oğlu şəhid Azad Yolçuyev - VİDEO




44 günlük Vətən Müharibəsi yüzlərlə qəhrəman oğullarımızı tanıtdı bizə. Belə igidlərdən biri də şəhid gizirimiz Azad Yolçuyevdir.

Azad Yolçuyev Ağstafa rayonunun Kolayr kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırır və gizir kimi xidmətini davam etdirir.

Vətən Müharibəsi başlayanda hamı kimi, o da döyüşlərə qatılır. Kəşfiyyat bölüyündə xidmət aparır. Şərəfli döyüş yolu Murov silsiləsindən başlayaraq Füzuli, Hadrut, Cəbrayıl, Kəlbəcərə kimi uzanır.

Sonuncu dəfə Şuşa döyüşlərinə gedərkən anası Ofelya xanıma Xarı bülbülün vətəninə getdiyini bildirir.

A.Yolçuyev döyüşlərin birində ayağından yaralanır və xəstəxanaya gətirilir. Lakin tam sağalmadan yenidən ön cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdır.

A.Yolçuyev də düşmən üzərinə gözqırpmadan yürüyən igidlərimizdən olub. Anası ona ehtiyatlı olmağı deyəndə isə cavabı “Şəhid generallarımızdan artıq deyiləm” olub.

A.Yolçuyev hərbi xidmətdə olduğu müddətdə bir çox uğurlara imza atıb. Nümunəvi xidmətinə görə medalla təltif edilib. Şəhidimiz özündən sonra hünər dolu ad-san və vətənə əmanət iki övlad qoydu.

Daha ətraflı Baku TV-nin videoreportajında:\




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi