Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Noy 10:49Olke
Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ
“Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı böyük bərpa və inkişaf prosesinin tərkib hissəsi olacaq:
“Turizmin bu ərazilərdə inkişaf etdirilməsi bir neçə qabaqlayıcı tədbirlərdən asılıdır: Təhlükəsizliyin təmin edilməsi, əhalinin qayıdışı, yaşayışın bərpası və infrastrukturun qurulması, bütün bunlara paralel olaraq turizm məhsulları yaradılaraq həm daxili, həm də xarici turistlərə təqdim ediləcək. İlk növbədə daxili turizm, bununla yanaşı ziyarət turizmi də inkişaf etdiriləcək. Müvafiq infrastruktur qurulduqdan və turizm məhsulları hazırlandıqdan sonra artıq istirahət turizmindən də danışmaq olar.
Azərbaycan vətəndaşları ilə yanaşı xaricilər üçün də yeni destinasiya istiqaməti sayılan Qarabağ turistləri cəlb edəcək. Bu prosesə artıq start verilib. Qarabağın təqdimatı beynəlxalq platformalarda aparılır və artıq bu destinasiyaya maraq çox böyükdür.
Bu torpaqlar turistlər üçün faktiki olaraq 30 il qapalı qalıb. Ermənilər ərazilərimizdə özlərinin qeyri-qanuni marşrutlarını quraraq, beynəlxalq aktları pozaraq turistləri cəlb etmək istəyirdilər və müəyyən dərəcədə bunu bacarırdılar.
Ümumdünya Turizm Təşkilatının xüsusi qərarına əsasən münaqişə zonaları, işğal altında olan torpaqlarla bağlı təbliğat aparmaq qadağandır. Biz də bütün beynəlxalq platformalardan bunun qarşısını alırdıq”.
Sektor müdiri əlavə edib ki, müəyyən qabaqlayıcı tədbirlər görüləndən sonra həm daxili, həm də xarici turistlər bu ərazilərə səfər edə bilərlər:
“Ərazilərimizə maraq isə çox böyükdür. Həmin torpaqların turizm potensialı çox zəngindir. Biz artıq ümumi Qarabağ regionunun potensialını araşdırır və dəyərləndirmələr aparırıq. Sadaladığımız komponentlər təmin edildikdən sonra, yerində araşdırılma aparılmalıdır. Biz həmin əraziləri tam öyrəndikdən sonra müvafiq olaraq hansısa planlar qura bilərik.
Artıq Qarabağ üzrə bələdçilər hazırlamağa başlamışıq. Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq. Azərbaycanda fəaliyyət göstərən bələdçilərin çoxu 20-40 yaş arasındadır ki, onlar Qarabağı görübsə də artıq nələrisə unudublar və ya heç buralara bələd deyillər. Qarabağı tanıyan şəxslər hekayələri bərpa edərək bu torpaqları gələcəkdə tanıdacaq bələdçilər üçün indi seminar və vebinarlar keçirilir. Bilirik ki, turizm qonaqpərvərliyin peşəkarlığı deməkdir. Artıq peşəkar səviyyədə qonaqpərvərliyimizi nümayiş etdirmək üçün bələdçilərimiz hazırdır”.
K.Quluzadə qeyd edib ki, Turizm Agentliyi tərəfindən tanıtım çarxları hazırlanır və artıq ilk tanıtım çarxları Qubadlı, Zəngilan haqqında nümayiş olunub, növbəti dövrdə isə Şuşa, daha sonra Kəlbəcər, Ağdam və s. işğaldan azad edilmiş regionlarda gəzməli-görməli yerlər haqqında tanıtım çarxları hazırlanacaq:
“Qarabağın mədəniyyəti, irsi, təbiəti imkan verir ki, bu əraziləri çox uğurlu bir destinasiyaya çevirərək ilk növbədə daxili turistlərə, daha sonra isə xarici turistlərə və bütün dünyaya Qarabağımızı daha yaxından tanıdaq”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər