Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Noy 16:49Olke
“Yuxuların çin olduğu yerdə”: Qubadlının görməli yerləri ilə tanışlıq - VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Twitter” səhifəsində paylaşım edib.
“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turizm məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Qubadlının gəzməli-görməli yerləri, o cümlədən, XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.
30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək.
Bu gün isə ilk olaraq Qubadlının gəzməli-görməli yerlərini təqdim edirik.
#QarabağAzərbaycandır#KarabakhisAzerbaijan pic.twitter.com/fnrq8unF4E
— Fuad Naghiyev (@fuad_naghiyev) November 5, 2020
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər