Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Noy 22:26Olke
Qarabağ bölgəsində yerləşdirilən müddətli Türkiyə və Rusiya sülhməramlıları təhlükəsizliyimizin qarantıdır - Komitə sədri
10 noyabr tariximizə qürür və fəxarət yaşadan bir gün kimi yazıldı. Vətən müharibəsi Böyük Zəfərimizlə başa çatdı. Qələbəmiz ərazi bütövlüyümüzü təmin etməklə Konstitusiyamızı tamlaşdırdı. Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
Bunu XeberOxu.Az-a istinadən, Respublikxəbər.az-a Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq:
“Müzəffər Ali Baş Komandan başda olmaqla Rəşadətli Ordumuz işğalçı Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşıdı.
İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət daşıyır. Bu Mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərəcək. Hər iki ölkə də bizim üçün dost, qonşu ölkədir. Bununla da başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Bu, o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edəcək.
Ümumiyyətlə, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşanın hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu müjdə Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Cənab Prezidentin apardığı hücum xarakterli diplomatik səylərin nəticəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü Qələbəyə nail oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin ediməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və bütün ərazilərimiz erməni silahlı qüvvələrindən azad edildi".
Komitə sədri əlavə edib ki, ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda dövlət yaratmaq arzusu alt-üst edildi: "Bunula bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, həmin ərazilərimizdə olan bütün inzibati binalarda yalnız Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalanacaq, yalnız Azərbaycan Respublikasının qanun və normativ hüquqi aktları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, azad olunmuş bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcəkdir.
Bu qələbə ilə ermənilərin uzun illər işğal altında saxladıqları 132 km-lik Azərbaycan-İran sərhədi də azad edildi. Heç bir danışıqlar masasında müzakirə olunmayan və cənab Prezidentin şəxsi tələbi ilə Azərbaycan üçün çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikası ilə bütün kommunikasiya xəttləri bərpa ediləcək, Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq, onu da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qoruyacaq. Beləliklə Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana, Yaşasın Azərbaycan xalqı! Eşq olsun Rəadətli Azərbaycan Ordusuna!”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ