Sorğu
Оцените работу движка

04 Noy 13:50Olke

Bütün Azərbaycanı qürurlandıran topçunun atası oğlundan danışdı - VİDEO

Bütün Azərbaycanı qürurlandıran topçunun atası oğlundan danışdı - VİDEO



“Axşam evdə idim. Dostlardan biri zəng etdi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. “Nə şəkil, nə foto?”, - deyə soruşdum. Dedilər ki, qorxma, salamatlıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.

Bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov Lent.az-a açıqlamasında deyib.

Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim, qayıdım, pulsuza düşüb oxuyacam”, - atası bildirib.

Qürurlu ata deyib ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. “Qəhrəman balam”, - dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy, qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi