Sorğu
Оцените работу движка

03 Noy 12:27Olke

“Bir ölüb, min dirilirik”: Hərbçimizin Mübarizi dünyaya gəldi - VİDEO

“Bir ölüb, min dirilirik”: Hərbçimizin Mübarizi dünyaya gəldi - VİDEO



Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizdən birinin düşmən üzərində qələbə sevincinə daha bir sevinc qatılıb. Hərbçimiz ata olduğu barədə xəbər alıb.

Baku TV xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

Hərbçimiz özü Qusar rayon sakini olsa da, övladının Tovuzda dünyaya göz açmasını istəyib.

Əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib.

Xəyal Məmmədovun atasının sözlərinə görə, oğlu vətən uğrunda gedən Aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canı-qanı ilə döyüşür.

“Qarabağa gedən yol 12 iyul Tovuz döyüşləri ilə başladı”, - deyən qəhrəman hərbçimiz buna görə də istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin.







Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi