Sorğu
Оцените работу движка

01 Okt 12:07Olke

Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya örnəkdir

Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya örnəkdir
Bu gün Azərbaycanda nizami ordu vardır. Mən, Nəsimi rayon sakini Elyaz Gülüyev hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti vardır. Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar.

Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.

Biz müharibə və atəşkəs dövrlərində itkilər vermişik, şəhidlərimiz olubdur. Biz Vətən, torpaq uğrunda həlak olmuş, bütün şəhidlərin ruhu qarşısında baş əyirik.

Allah onlara rəhmət eləsin!

Onların qanı yerdə qalmayacaq və yerdə qalmır. Şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayır!

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Öz növbəmdə, bildirməliyəm ki, bütün məsələlərdə Azərbaycan daim Türkiyənin işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin.

Hazırda bölgədə gedən döyüşlərdə birmənalı şəkildə Türkiyə dövləti və Türk xalqı Azərbaycan dövlətinin və xalqının yanındadır!

Türkiyə Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkədir. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da, öz növbəsində, Azərbaycanla əməkdaşlığın sarsılmaz olduğunu bildirərək deyib ki, biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç şübhəmiz yoxdur.

Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır.

İnanırıq ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində dayanan hərbiçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın , dövlətimizin etimadını doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcək, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artıracaqlar.

Unutmayaq ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün həyat amalıdır!
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi