Sorğu
Оцените работу движка

27 Okt 09:09Olke

Fransanın xəbər portalları erməni lobbisinin jurnalistləri ölümlə hədələməsindən yazır

Fransanın TF1 televiziya kanalı və onun jurnalisti Lizeron Budul erməni lobbisi tərəfindən ölümlə hədələnib.

Hər hansı bir televiziya kanalını boykot etməyə çağırış və ya jurnalistin birbaşa ölümlə təhdid edilməsinə nadir hallarda rast gəlinir. Ancaq bu gün bu asanlıqla baş verir.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu fikirlər Fransanın “Musulmansenfrance” və “Reflets.info” portallarında Dağlıq Qarabağla bağlı həqiqətləri deyən jurnalistlərə erməni lobbisinin hücumları, onları hədələməsinə dair yayılan “Dağlıq Qarabağ: hədələnən jurnalist” və “TF1 kanalının jurnalisti Azərbaycandan reportaj hazırladığı üçün hədələndi” adlı məqalələrdə yer alıb.

Erməni lobbisinin sosial şəbəkələrdə “TF1 kanalının yüksək vəzifəli işçilərinin bir neçəsinin başı kəsilsə onlar daha yaxşı düşünməyə başlayarlar” yazdığı hədələr məqalələrdə oxuculara təqdim olunub. Erməni lobbisinin həqiqəti deyən jurnalistləri susdurmaq üçün səfərbər olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, TF1 televiziya kanalı Lizeron Budulun atəşkəs razılığından sonra Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin Ermənistan tərəfindən raket atəşinə tutulması, nəticədə 27 mülki sakinin həlak olması və 140-dan çoxunun yaralanması, eləcə də 63 mülki infrastrukturun, 376 evin dağıdılmasına dair müharibə zonasından hazırladığı reportajını yayımlayıb. L.Budul müharibə sahəsində ixtisaslaşmış tanınmış reportyordur. Jurnalistlərin hazırladığı reportaj qəbul edilib və ya edilməsə də, bəyənilib və ya bəyənilməsə də, öz maraqlarına görə jurnalisti hədələmək və sosial şəbəkələrdə təhqir etmək heç vaxt yaxşı vasitə olmayıb və olmayacaq. Fransada jurnalistləri susdurmaq olmur, onları hədələməklə qorxuda bilməzsiniz. Söz azadlığından danışan bir ölkədə erməni lobbisinin məhz söz azadlığını boğması qəbuledilməzdir.

Lizeron Budul bildirib ki, o, müharibənin çox həssas mövzu olduğunu bilir, ancaq ilk dəfədir ki, belə bir vəziyyətlə rastlaşıb. Reportaj yayımlanıb qurtarmamış jurnalist sosial şəbəkələrdə, eləcə də telefonunda ermənilər tərəfindən hücuma məruz qalıb və təhqir olunub.

TF1 kanalının digər jurnalistini də Ermənistana göndərdiyi bildirilib. Kanal hər iki ölkə arasında tarazlığı saxlamağa çalışsa da, Fransadakı erməni lobbisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan maşınının ifşa olmasından qorxaraq, jurnalistlərə açıq şəkildə hücum edib. Bununla da erməni lobbisi özünün mənfur xislətini açıb töküb.

Yerli ictimai fikri saxta məlumatlarla doldurmağa adət etmiş erməni lobbisinin nümayəndəsi, xüsusilə də ASALA terror təşkilatının və daşnak partiyasının üzvü F. Papazyan erməni yalan maşınını öz əlləri ilə məhv etdi, erməni lobbisinin iç üzü aşkarlandı.

Xatırladaq ki, Dağlıq Qarabağda müharibə başlayanda “Liberation” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən ölüm hədələri almışdı.










Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: