Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Avq 12:15Dunya
Avropa Azərbaycanlıları Konqresi erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib
Avqustun 13-də Niderland Krallığının Haaqa şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) erməni lobbisinin dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ilə bağlı mətbuat konfransı keçirib.
“Nieuwspoort” Beynəlxalq Media Mərkəzində təşkil olunan mətbuat konfransında Avropanın bütün ölkələrindən dəvət olunmuş jurnalistlər və bir sıra rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən AAK prezidenti Sahil Qasımov bildirib ki, Avropada pandemiyanın tüğyan etməsinə və havaların həddən artıq isti keçməsinə baxmayaraq, mətbuat konfransının təşkil edilməsinə böyük ehtiyac yaranıb. Buna səbəb Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədinə xaincəsinə hücum edən ermənilərin bu hərbi təxribatlar haqqında dünya mətbuatında uydurma və yalan məlumatlar yayması olub. Halbuki öz havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədinə hücum edərək hərbi təxribatlar törətməsi artıq heç kimdə şübhə doğurmur.
Bundan başqa, Avropanın və Amerikanın müxtəlif şəhərlərində faşist mahiyyətli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasət aparmasına haqlı olaraq etiraz səsini ucaldan azərbaycanlılar erməni təxribatçılarının milli etnik və nifrət zəminində hücumlarına məruz qalırlar. AAK ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayətlərlə bağlı faktlara, dəlil və sübutlara malikdir.
Qeyd edilib ki, Ermənistanın tamamilə ifşa olunduğunu görən erməni lobbisi və jurnalistləri indi də informasiya təxribatları və dezinformasiyaları ilə dünya ictimaiyyətini çaşdırmağa cəhd edirlər. Bu yolverilməzdir. Çünki Azərbaycan torpaqlarının 20 faizi artıq 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunub. BMT-nin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz ölkəmizin işğal olunmuş ərazilərini tərk etməsi tələbinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmayıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ