Sorğu
Оцените работу движка

24 Okt 10:57Olke

Deputat: “Ermənistana silah satan dövlətlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə rəvac verir”

“Ermənistanın əldə etdiyi silah və sursat yalnız onun işğalçılıq siyasətinin davam etdirilməsi, beynəlxalq cinayətlərin törədilməsi üçün istifadə edilir. Bu cür faktları müəyyən etmək üçün rəsmi sənədlərə müraciət etmək kifayətdir”.

Bunu APA-ya istinadən, Respublikaxəbər.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən əks-hücum tədbirləri müvəffəqiyyətlə davam edir və şübhəsiz ki, hamılıqla tanınan beynəlxalq hüququn prinsipləri və normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə nəticələnəcək: “Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın rəşadətli Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin çoxlu sayda hərbi texnikası, hərbi sursatı məhv edilib, bir hissəsi isə ələ keçirilib. Burada təbii bir sual meydana çıxır: kimlər və hansı məqsədlər üçün işğalçı Ermənistana həddindən artıq böyük həcmdə silahlar ötürüb? Qonşu dövlətlərə qarşı daim ərazi iddiaları irəli sürən, başqa millətlərə münasibətdə dözümsüzlük və ayrı-seçkilik nümayiş etdirən Ermənistan kimdən və hansı təhdidlərdən müdafiə olunmağa hazırlaşırmış? Bu sualın yalnız bir cavabı var: əldə edilən silahlar işğalçılıq siyasətinin həyata keçirilməsi, beynəlxalq hüquqa məhəl qoymayaraq suveren dövlətin ərazisinə soxulması, beynəlxalq humanitar hüquq normalarını pozaraq müharibə cinayətlərinin törədilməsi məqsədini güdürmüş. Düşmən silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xain gecə hücumlarının təşkil edilməsi, dinc mülki əhalinin amansızcasına qətlə yetirilməsi, mülki infrastrukturun dağıdılması, münaqişə zonasından kənarda yerləşən şəhər, kənd və qəsəbələrin atəşə tutulması müharibə cinayətlərini ehtiva edərək, Ermənistanı müxtəlif silahlarla təchiz edən hər bir dövlətə ciddi xəbərdarlıq olmalıdır və onların hüquqi məsuliyyəti məsələsini gündəmə gətirə bilər”.

N. Səfərov vurğulayıb ki, silah ticarəti müstəsna olaraq dövlətin daxili işi deyil: “Əlbəttə, silah-sursat ixracı beynəlxalq ticarətin əhəmiyyətli sahəsidir və hər bir suveren dövlət bu məsələyə müstəqil formada qərar verir. Ancaq silah satan ölkə belə əməliyyatlar zamanı bu silahların münaqişə zonalarında beynəlxalq hüquqa zidd tətbiqini, silah alan dövlətin həyata keçirdiyi aqressiv siyasəti, silahların kimə qarşı tətbiq edilə biləcəyini və s. amilləri mütləq diqqətə almalıdır. Silah satışının mühüm təməl prinsiplərindən birini alıcı dövlətin beynəlxalq humanitar hüquqa riayət etməsi, fundamental insan hüquqlarının pozulmasına yol verməməsi təşkil edir. Bu cür yanaşma məhz müasir beynəlxalq hüquqdan irəli gəlir.

Universal səviyyədə BMT çərçivəsində 28 mart 2013-cü ildə qəbul edilən və 24 dekabr 2014-cü ildə qüvvəyə minmiş “Silah ticarəti haqqında” müqavilənin 6-cı maddəsinin 3-cü bəndinə əsasən, “İştirakçı Dövlət, Müqavilənin 2 (1) maddəsində nəzərdə tutulan adi silahların, 3-cü maddə (“Sursatlar”) və ya 4-cü maddədə (“Hissələr və komponentlər”) göstərilmiş vasitələrin təhvil verilməsinə qərar çıxarıldığı zaman həmin silahların və ya vasitələrin soyqırımı aktları, insanlıq əleyhinə cinayətlər, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması, mülki obyektlərə və ya qorunan mülki şəxslərə hücumlar və ya iştirakçısı olduğu beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər müharibə cinayətlərinin törədilməsi üçün istifadə ediləcəyi barədə etibarlı məlumata sahib olduqda, transferə icazə vermir. Bundan əlavə Müqavilənin preambulasına əsasən, iştirakçı-dövlətlər BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş fərdi və ya kollektiv özünümüdafiə hüququ, 1949-cu il tarixli Cenevrə konvensiyalarına uyğun olaraq beynəlxalq humanitar hüquqa riayət edilməsi prinsipləri əsasında fəaliyyət göstərirlər.

Avropa Birliyi 5 iyun 1998-ci ildə üzv dövlətlər üçün mütləq xarakter daşıyan “Silah ixracatları zamanı Davranış Məcəlləsi” qəbul edərək, qeyd olunan sahədə “ən yüksək ümumi standartları” (“high common standards”) əks etdirən səkkiz meyar müəyyən edib. Müstəsna əhəmiyyətli “Regional sülhün, təhlükəsizliyin və sabitliyin qorunması” adlanan dördüncü meyara əsasən, potensial alıcının əldə edəcəyi silahların başqa bir dövlətə qarşı təcavüz məqsədləri və ya ərazi iddiasının zorla həyata keçirilməsi riski olduqda, Avropa Birliyinin üzv dövlətləri tərəfindən ixrac lisenziyası verilmir”.

Deputat bütün bu risklərin qiymətləndirilməsi fonunda nəzərə alınmalı olan məsələləri də diqqətə çatdırıb: “Bu risklərin qiymətləndirilməsi fonunda aşağıdakı məsələlər nəzərə alınmalıdır:

“a) silah əldə edən dövlətlə başqa ölkə arasında silahlı münaqişənin mövcudluğu;

b) qonşu dövlətə qarşı əvvəllər alıcının güc tətbiq edərək və ya güc tətbiq etmək hədəsi ilə ərazi iddiası irəli sürməsi;

c) hərbi avadanlıqların alıcının milli təhlükəsizliyi və müdafiəsi xaricində istifadə edilməsinin mümkünlüyü;

d) silah ixracının regional sabitliyə əhəmiyyətli şəkildə mənfi təsir göstərməsi.

Avropa Birliyinin Şurası 8 dekabr 2008-ci ildə “Hərbi texnika və avadanlıqların ixracına nəzarəti tənzimləyən ümumi qaydaları” müəyyən edərək “Silah ixracatları zamanı Davranış Məcəlləsinin” yanaşmasını bir daha təsdiq edib. Beləliklə, silah ixracı hər bir dövlətin daxili işi olsa belə, belə fəaliyyət həyata keçirildiyi zaman universal və regional müqavilələrdən irəli gələn insan hüquqları üzrə öhdəliklərə, beynəlxalq humanitar hüququn normalarına və prinsiplərinə qeyd-şərtsiz əməl edilməlidir. Ermənistana silah satan hər bir dövlət ilk baxışdan ticarət əhəmiyyəti daşıyan, ancaq mahiyyətcə regionda sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan silah ixracına imperativ xarakterli öhdəliklər nöqteyi-nəzərindən yanaşmalıdır”.

N. Səfərov bildirib ki, Ermənistanın əldə etdiyi silah və sursatdan yalnız işğalçılıq siyasətini davam etdirmək, beynəlxalq cinayətlər törətmək məqsədilə yararlandığına faktları müəyyən etmək üçün rəsmi sənədlərə müraciət etmək kifayətdir: “Dağlıq Qarabağla əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin “təxirə salınmadan, bütövlükdə və qeyd-şərtsiz” çıxarılması ifadəsi əksini tapıb. Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli iclasında Cibuti nümayəndəsi ”baş vermiş təcavüz nəticəsində işğal edilmiş bütün ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını” tələb edib. Macarıstan Respublikasının nümayəndəsi qeyd edib ki, “zorakılıq və soyqırımı aktlarına beynəlxalq birlik kəskin münasibət nümayiş etdirməməsi fonunda, kimlərsə belə nəticəyə gələ bilər ki, guya öz məqsədlərinə təcavüz, yüz minlərlə kişi, qadın və uşaqların yaşadıqları yerlərdən qovulması nəticəsində nail ola bilərlər”. Həmçinin qeyd etmək lazımdır ki, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının bir sıra qətnamələrində “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək” dəfələrlə ifadə edilib. BMT Baş Assambleyasında rəsmi sənəd statusunda yayılan “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası tərəfindən silahlı təcavüzün hüquqi nəticələri haqqında” məruzədə birmənalı olaraq qeyd edilib ki, “Dağlıq Qarabağın və onu əhatə edən rayonların güc tətbiq etməklə işğal olunması Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazi toxunulmazlığının kobud şəkildə pozulmasıdır”.

Deputatın sözlərinə görə, həmçinin Ermənistana ixrac edilən silahların birmənalı olaraq beynəlxalq humanitar hüquqda qəti qadağan edilmiş ciddi pozuntuların törədilməsi üçün istifadə olunduğunu da nəzərə almaq lazımdır: “Məsələn, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I saylı Əlavə Protokolunun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsi” qadağan edilərək, bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. Bundan başqa, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 18-ci maddəsinə əsasən “Mülki xəstəxanalar hücum obyekti ola bilməz”. Ermənistan silahlı qüvvələrinin törətdikləri əməllərin yeganə adı - müharibə cinayətləridir.

Terrorizmin sponsoru olan belə bir ölkəyə silah satan dövlətlər faktiki olaraq beynəlxalq humanitar hüququn pozuntularını ehtiva edən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə rəvac verir. Bunun əksinə Azərbaycan tərəfinin əldə etdiyi silahlar BMT-nin Nizamnaməsində təsbit edilmiş fərdi özünümüdafiə hüququna, ölkənin ərazi bütövlüyünün bərpasına, Təhlükəsizlik Şurasının 30 ildən artıq yalnız kağız üzərində qalan dörd qətnaməsinin icrasına yönəlib”.










Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: