Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 12:24Olke
Deputat: “Ermənistanın silahlanması regionda sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionu tarixində ən faciəli hadisələrdən biri olaraq, eyni zamanda, qlobal miqyasda beynəlxalq münasibətlərə uzunmüddətli təhdid yaradan faktorlardan biridir.
Bu münaqişənin otuz ildən artıq bir dövrü əhatə etməsinin başlıca səbəbləri sırasında Ermənistanın işğalçılıq siyasətinə rəvac verərək, bəzi dövlətlər tərəfindən təcavüzkarın silah-sursatla təchiz edilməsi xüsusi yer tutur.
Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı və 145 dövləti əhatə edən “Global Militarisation Index” hesabatına görə, Ermənistan dünyada birinci, Avropa qitəsində isə silahlanmaya görə üçüncü yeri tutur. Burada təbii bir sual meydana çıxır:
Qonşu dövlətlərə qarşı daima ərazi iddiaları irəli sürən, başqa millətlərə münasibətdə dözümsüzlük və ayrı-seçkilik nümayiş etdirən Ermənistan kimdən və hansı təhdidlərdən müdafiə olunur? Bu sualın yalnız bir cavabı var: əldə edilən silahlar işğalçılıq siyasətinin həyata keçirilməsi, beynəlxalq hüquqa məhəl qoymayaraq, suveren dövlətin ərazisinə soxulması, beynəlxalq humanitar hüquq normalarını pozaraq, müharibə cinayətlərinin törədilməsi məqsədini güdür.
Məlum olduğu kimi, silah və sursat ixracı beynəlxalq ticarətin əhəmiyyətli sahəsi olaraq, hər bir suveren dövlətin daxili işidir. Ancaq silah satan ölkə bu cür əməliyyatlar zamanı bu silahların münaqişə zonalarında potensial olaraq beynəlxalq hüquqazidd tətbiqini, silah alan dövlətin yürütdüyü aqressiv siyasəti, silahların kimə qarşı tətbiq edilə biləcəyini və sair amilləri mütləq şəkildə diqqətə almalıdır.
Hələ 1996-cı ildə Nobel mükafatı laureatı Oskar Arias Sançes dünya miqyasında silah ticarətinin məhdudlaşdırılması təklifini irəli sürüb. 1997-ci ilin may ayında Oskar Arias, Dalay Lama, Lex Valensa, Desmond Tutunun da daxil olduğu 12 Nobel mükafatı laureatı tərəfindən hazırlanmış “Silah transferlərinə münasibətdə davranış üzrə Beynəlxalq Məcəllə” layihəsi işıq üzü görüb. Məsələnin əhəmiyyətini nəzərə alaraq, bu layihə 24 fevral 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müzakirəsinə verilib.
Məcəllə layihəsinin “Prinsiplər” adlanan II bölməsinin 2-ci maddəsinə əsasən, silah təchizatı yalnız o halda həyata keçirilə bilər ki, nəticədə, alıcı dövlət tərəfindən insan hüquqlarının pozulmasına gətirib çıxarmasın.
Belə pozuntular sırasında layihədə ilk növbədə soyqırımı, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələr göstərilib. Beynəlxalq məcəllənin 4-cü maddəsinə əsasən idxal edən dövlət 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 1977-ci il tarixli Əlavə protokollarında müəyyən edilən müharibə qanunları və adətlərini, silahlı münaqişələr zamanı tətbiq edilən beynəlxalq humanitar hüquq normaları və prinsiplərini pozduğu halda silah ixracatına qadağa qoyulur.
Avropa Birliyi 5 iyun 1998-ci ildə üzv dövlətlər üçün mütləq xarakter daşıyan “Silah ixracatları zamanı Davranış Məcəlləsi”ni qəbul edərək, qeyd olunan sahədə “ən yüksək ümumi standartları” (“high common standards”) əks etdirən səkkiz meyar müəyyən edib.
Müstəsna əhəmiyyətli “Regional sülhün, təhlükəsizliyin və sabitliyin qorunması” adlanan dördüncü meyara əsasən, potensial alıcının əldə edəcəyi silahların başqa bir dövlətə qarşı təcavüz məqsədləri və ya ərazi iddiasının zorla həyata keçirilməsi riski olduqda, Avropa Birliyinin üzv dövlətləri tərəfindən ixrac lisenziyası verilmir.
Bu risklər qiymətləndirilən zaman aşağıdakılar nəzərə alınmalıdır:
a) silah əldə edən dövlətlə başqa ölkə arasında silahlı münaqişənin mövcudluğu;
b) qonşu dövlətə qarşı əvvəllər alıcının güc tətbiq edərək və ya güc tətbiq etmək hədəsi ilə ərazi iddiası irəli sürməsi;
c) hərbi avadanlıqların alıcının milli təhlükəsizliyi və müdafiəsi xaricində istifadə edilməsinin mümkünlüyü;
d) silah ixracının regional sabitliyə əhəmiyyətli şəkildə mənfi təsir göstərməsi.
Avropa Birliyinin Şurası 8 dekabr 2008-ci ildə “Hərbi texnika və avadanlıqların ixracına nəzarəti tənzimləyən ümumi qaydaları” müəyyən edərək, “Silah ixracatları zamanı Davranış Məcəlləsinin” yanaşmasını bir daha təsdiq edib.
Beləliklə, silah ixracı hər bir dövlətin daxili işi olsa belə, bu sahədə universal və regional müqavilələrdən irəli gələn insan hüquqları sahəsində öhdəliklərə, beynəlxalq humanitar hüququn normalarına və prinsiplərinə qeyd-şərtsiz əməl edilməlidir.
Ermənistana silah satan hər bir dövlət ilk baxışdan ticarət əhəmiyyəti daşıyan, ancaq mahiyyətcə regionda sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan silah ixracına imperativ xarakterli öhdəliklər nöqteyi-nəzərindən yanaşmalıdır.
Ermənistanın əldə etdiyi silah və sursat yalnız onun işğalçılıq siyasətinin davam etdirilməsi, beynəlxalq cinayətlərin törədilməsi üçün istifadə edilir. Belə faktları müəyyən etmək üçün rəsmi sənədlərə müraciət etmək kifayətdir.
Dağlıq Qarabağla əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin “təxirə salınmadan, bütövlükdə və qeyd-şərtsiz” çıxarılması ifadəsi öz əksini tapıb.
Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli iclasında Cibuti nümayəndəsi “baş vermiş təcavüz nəticəsində işğal edilmiş bütün ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını” tələb edib.
Macarıstan Respublikasının nümayəndəsi qeyd edib ki, “zorakılıq və soyqırımı aktlarına beynəlxalq birlik kəskin münasibət nümayiş etdirməməsi fonunda, kimlərsə belə nəticəyə gələ bilər ki, guya öz məqsədlərinə təcavüz, yüz minlərlə kişi, qadın və uşaqların yaşadıqları yerlərdən qovulması nəticəsində nail ola bilərlər”.
Həmçinin, qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bir sıra qətnamələrində “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək” dəfələrlə ifadə edilib.
BMT-nin Baş Assambleyasında rəsmi sənəd statusunda yayılan “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası tərəfindən silahlı təcavüzün hüquqi nəticələri haqqında” məruzədə birmənalı olaraq qeyd edilib ki, “Dağlıq Qarabağın və onu əhatə edən rayonların güc tətbiq etməklə işğal olunması Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazi toxunulmazlığının kobud şəkildə pozulmasıdır”.
Qeyd edilənlər bir daha sübut edir ki, Ermənistanın aqressiv, silahlanmaya yönəlmiş siyasəti regionda sülhə ən böyük təhlükə mənbəyidir.
Həmçinin, nəzərə almaq lazımdır ki, Ermənistana ixrac edilən silahlar beynəlxalq humanitar hüquqda qəti qadağan edilmiş ciddi pozuntuların törədilməsi üçün istifadə olunur. Məsələn, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I saylı Əlavə Protokolunun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsi” qadağan edilərək bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. Bundan başqa “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 18-ci maddəsinə əsasən, “Mülki xəstəxanalar hücum obyekti ola bilməz”.
Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədində baş vermiş son təxribat zamanı müharibə cinayətləri törədilib, mülki əhali itkilər verib, mülki obyektlər, hədəfə alınaraq, böyük dağıntılara məruz qalıb.
Universal səviyyədə BMT çərçivəsində 28 mart 2013-cü ildə qəbul edilən və 24 dekabr 2014-cü ildə qüvvəyə minmiş “Silah ticarəti haqqında” müqavilənin 6-cı maddəsinin 3-cü bəndinə əsasən, “İştirakçı Dövlət, Müqavilənin 2 (1) maddəsində nəzərdə tutulan adi silahların, 3-cü maddə (“Sursatlar”) və ya 4-cü maddədə (“Hissələr və komponentlər”) göstərilmiş vasitələrin təhvil verilməsinə qərar çıxarıldığı zaman həmin silahların və ya vasitələrin soyqırımı aktları, insanlıq əleyhinə cinayətlər, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması, mülki obyektlərə və ya qorunan mülki şəxslərə hücumlar və ya iştirakçısı olduğu beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər müharibə cinayətlərinin törədilməsi üçün istifadə ediləcəyi barədə etibarlı məlumata sahib olduqda, transferə icazə vermir”.
Burada nəzərə alınmalıdır ki, Ermənistana çox sayda silah-sursat, o cümlədən, minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərən Serbiya “Silah ticarəti haqqında” Müqaviləni 5 dekabr 2014-cü ildə ratifikasiya edib (mənbə: https://treaties.un.org/Pages/ViewDetails.aspx?src=IND&mtdsg_no=XXVI-8&chapter=26&clang=_en).
Serbiya, həmçinin, 16 oktyabr 2001-ci ildə Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına da qoşulub (mənbə: https://ihl-databases.icrc.org/applic/ihl/ihl.nsf/States.xsp?xp_viewStates=XPages_NORMStatesParties&xp_treatySelected=470).
Bu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, əlbəttə ki, silah ixracına icazə verən Serbiya Respublikasının müvafiq səlahiyyətli orqanları tərəfindən nəzərə alınmalı idi. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Azərbaycan ən çətin zamanlarda Serbiya Respublikasına öz dəstəyini göstərib.
Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb və birmənalı olaraq Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə hörmət nümayiş etdirib.
Əlbəttə ki, belə olan halda Azərbaycanın Serbiyadan adekvat davranış gözləməsi təbiidir.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidentin İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən Serbiyada istehsal olunan silahlardan istifadə edilməsindən təəssüf hissi keçirdiyini bildirib.
Qısa müddətdə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Azərbaycana səfər ediblər və aparılan məsləhətləşmələr nəticəsində bir sıra mühüm məqamlara aydınlıq gətirilib, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, irimiqyaslı informasiya mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub, terrorizmlə mübarizə və digər sahələr üzrə ikitərəfli əlaqələrin genişləndirilməsi haqqında razılıq əldə olunub.
Bu məsələləri müsbət qiymətləndirərək, bir daha qeyd etmək lazımdır ki, minlərlə insanın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıyan, Azərbaycan ərazilərini işğal altında saxlayan, beynəlxalq hüquqa etinasız münasibət sərgiləyən Ermənistana silah satan dövlətlər, ölkəmiz üçün bu həssas məqamları nəzərə alaraq, təcavüzkarın hərbi təchizatından çəkinməlidirlər.
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB
*Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib*