Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Okt 14:53Olke
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
2020-ci il sentyabrın 16-dan oktyabrın 15-dək AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Balakən rayonu ərazisində tədqiqat işlərini davam etdirib.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, tədqiqatın əsas obyekti — rayonun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına məxsus ilk orta əsrlərə aid xristian abidəsi olub.
Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Bu ilki tədqiqatlarda kilsənin giriş qapılarından birinin cənub divarında olduğu müəyyən edilib.
Kilsənin qədim qalıqlarının üzərində sonrakı tarixi dövrlərdə birzallı kilsə inşa edilmişdir ki, onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə, 5,70 - 12,30 m arasında dəyişir. Bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bizə bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşib.
Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.
Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinə tədqiqat üçün təqdim edilib.
Xristian dəfn ənənəsində mərhumun əllərinin qoyuluş formasında fərqlər, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn prosesinin kilsə ətrafında intensivliyi - buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.
Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən abidədə bərpa və konservasiya işlərinin görülməsi vacibdir.
Ekspedisiya rəhbəri N.Alışov bildirmişdir ki, müzəffər Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının analoji abidələrinin tədqiqatı üçün də imkanlar yaradacaqdır.
Abidədə aparılan kompleks arxeoloji tədqiqatın yekunlaşması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Abidədə arxeoloji tədqiqatlara 2017-ci ildən başlanıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər