Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Okt 10:32Olke
“Microsoft” tərəfdaşlıq əlaqələrini genişləndirir
“Microsoft” korporasiyası həyata keçirilməsi bütün dünya şirkətlərinə kosmik innovasiyalardan istifadəyə imkan verəcək “Azure Space” qlobal təşəbbüsü ilə çıxış edib. Proqram çərçivəsində korporasiya kosmik sahədə fəaliyyət göstərən təşkilatlar, o cümlədən İlon Maska məxsus “SpaceX” şirkəti ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az xarici saytlara istinadən xəbər verir ki, korporasiya nümayəndələrinin sözlərinə görə, “Microsoft” və “SpaceX” şirkətlərə “Starlink” qlobal peyk interneti sistemindən (SpaceX tərəfindən hazırlanır) istifadə sayəsində yerüstü resurslar və “Azure” “bulud”u arasında stabil əlaqəni təmin etməyə imkan verəcəklər. Həmçinin “SpaceX” yerüstü stansiyalarının “Azure” şəbəkə imkanları ilə inteqrasiyası nəzərdə tutulur. Bundan başqa, “Microsoft” dünyanın ən böyük peyk operatorlarından olan “SES” ilə tərəfdaşlığı genişləndirir.
Bundan əlavə, korporasiya “Azure Modular Datacenter” (MDC) layihəsinin icrasına başlayıb. Söhbət istənilən hava şəraitində “Azure” “bulud”unun hesablama gücündən istifadəyə imkan verən daşınan avtonom data mərkəzindən gedir.
“Data mərkəzi hətta internetə qoşulmadan sərt iqlim şəraitində işləyə bilir. “MDC” kritik əhəmiyyətli infrastrukturun, məsələn, humanitar yardım mərkəzləri, səyyar idarəetmə məntəqələri, eləcə də faydalı qazıntılar çıxaran müəssisələrin fasiləsiz fəaliyyətini təmin edəcək. Peyk operatorları ilə əməkdaşlıq əsas şəbəkədə nasazlıqlar zamanı ehtiyat kanalın təqdim edilməsi sayəsində “MDC” data mərkəzinə etibarlı və təhlükəsiz qoşulmanı təmin etməyə imkan verir”, – məlumatda qeyd olunur.
Şirkət tərəfindən “Azure Orbital Emulator” layihəsi də təqdim olunub. Bu, peyk qruplaşmalarının orbitə buraxılışına hazırlıq üçün emulyasiyalı mühitdir.
“Həll kosmik təşkilatlara mürəkkəb protokollar yaratmağa və mövcud proqram və avadanlıqları nəzərə alaraq bir-biri ilə əlaqəli peyklərin fəaliyyətinin koordinasiyası üçün süni intellekt alqoritmlərini öyrətməyə imkan verəcək. Bu, optimal şəbəkə əhatəsinin yaradılması üçün lazımdır. “Azure” gücü sayəsində emulyator real şəraitdə baş verə biləcək çətin vəziyyətləri nəzərə alaraq bütöv peyk şəbəkələrinin işini generasiya edəcək”, – məlumatda vurğulanır.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi