Sorğu
Оцените работу движка

21 Okt 13:20Olke

Ziyafət Əsgərov: “Azərbaycan ərzilərini işğaldan azad etməklə BMT-nin qətnamələrinin icrasını da təmin edir”

Ziyafət Əsgərov: “Azərbaycan ərzilərini işğaldan azad etməklə BMT-nin qətnamələrinin icrasını da təmin edir”
“BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir”.

Bunu APA-ya istinadən, Respublikaxəbər.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı: “Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini qulaq ardına vuraraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb. Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən paradoksal vəziyyət odur ki, BMT və münaqişənin həlli ilə məşğul olmaq missiyasını üzərində götürmüş, buna görə məsuliyyət daşıyan ölkələr Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə yadından çıxarıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. BMT-dən başqa BMT Təhlükəsizlik Şurasının qətnamələrindən hamı danışır”.

Parlamentin komitə sədri qeyd edib ki, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib: “Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. Bu aspektdə bu gün tarixi Xudafərin körpüsü və Xudafərin su anbarının da arıq Azərbaycanın nəzarətində olmasına da xüsusi toxunmaq istəyirəm. Xalqımız üçün Xudafərin körpüsünün xüsusi mənəvi, tarixi önəmi var. 2016-cı ildə Azərbaycanla İran arasında imzalanmış sazişə nəzər salsaq, Xudafərin su anbarının iqtisadi əhəmiyyəti işğaldan azad edilən ərazilərdə gələcəkdə kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacağı şübhəsizdir”.

Z. Əsgərov Azərbaycanın qazandığı hərbi uğurların təsadüfi olmadığını da vurğulayıb: “Bu uğurların memarı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı ötən müddət ərzində həm siyasi, həm hərbi, həm diplomatik, həm iqtisadi sahədə düşünülmüş siyasət apardı. Bu gün qazanılan tarixi uğurlar məhz kompleks hazırlıqların nəticəsidir. Bu gün Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlarla təchiz olunub, Azərbaycan Ordusunun hazırda apardığı uğurlu hərbi əməliyyatlar dünyada maraqla izlənilir, bu təcrübə öyrənilir. Yeri gəlmişkən, bəziləri illər boyu “hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdı? Texnika almışdıq, hanı?” və digər isterik suallar səsləndirirdilər. Bu gün Azərbaycan Ordusunun hərbi və texniki üstünlüyü bu suala verilən ən layiqli cavabdır”.

Z. Əsgərov Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığı əməliyyatlar zamanı Ermənistanın məhv edilən silah və sursatlarına da diqqət çəkib: “Beynəlxalq konvensiyalara əsasən, hərbi texnika ilə bağlı limitlər müəyyənləşib. Bunu necə alıblar və niyə nəzarət olunmayıb? Niyə beynəlxalq strukturlar buna nəzarət etməyib, təftiş etməyib? Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Tək Ermənistan yox, buna nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır”.

Ermənistan ordusunun texnika və silahlarının yüksək döyüş hazırlığı və müasir texnika və silahlara malik Azərbaycan Ordusu qarşısında aciz qaldığını söyləyən komitə sədri məğlubiyyət fonunda Ermənistanda daxili vəziyyətin gərginləşdiyini qeyd edib. Onun sözlərinə görə, Paşinyan nəzarəti itirir, ölkə xaosa doğru gedir. Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndələri ilə Ermənistan Müdafiə Nazirliyinin fərqli açıqlamaları, Paşinyanın “Qarabağ klanı” və daşnaklarla gizli görüşləri yaranmış böhranın təzahürləridir: “Artıq erməni ekspertlər Ermənistan diplomatiyasının uğursuzluğunu və Azərbaycanın uğurlarını etiraf edirlər. Ümidləri yalnız nasistlərə və Qardaşyana qalıb”.










Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: