Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Okt 11:20Olke
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
Peru Konqresinin ötən çağırış Xarici Əlaqələr daimi komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə, xüsusilə Gəncə şəhərinin dinc əhalisi və mülki infrastrukturuna qarşı apardığı məqsədyönlü və sistematik hücumları dərin narahatlıqla müşahidə etdiyini söyləyib və dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirib.
X.K.Agila 10 oktyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada əldə olunmuş humanitar atəşkəs razılığına rəğmən Ermənistan ordusunun Azərbaycanla onun ərazisi daxilində hərbi qarşıdurmanı davam etdirdiyini qınayıb və Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini, eləcədə 1949-cu il Cenevrə Konvensiyasını açıq şəkildə pozduğunu qeyd edib.
Sonda X.K.Agila dünya ictimaiyyətini regionda sülh və sabitliyin beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bərpası üçün tədbirlər görməyə çağırdığını bildirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər