Sorğu
Оцените работу движка

30 Sen 09:57Olke

Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
29 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı baş tutub.

XİN-dən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Niderland xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və hazırkı vəziyyəti sorğu edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov həmkarını Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb.

Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Telefon danışığı zamanı Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi