Sorğu
Оцените работу движка

16 Okt 10:21Olke

Qərb dövlətləri insan hüquqları məsələsindən sui-istifadə edir

Qərb dövlətləri insan hüquqları məsələsindən sui-istifadə edir
İllər boyu İran xalqının hüquqlarının pozulmasına göz yuman bəzi Qərb dövlətlərinin insan hüquqlarından danışmağa haqqı yoxdur.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu sözləri İranın məhkəmə hakimiyyətinin insan hüquqları üzrə katibi Baqeri Kaani deyib. O bildirib ki, müasir dünyada insan hüquqları məsələsi siyasi təsir vasitəsinə çevrilib. Milli maraqlarını qoruyaraq siyasət yürüdən dövlətlərə qarşı insan hüquqlarının pozulması iddiası irəli sürülür. Halbuki, illər boyu İrana qarşı tətbiq edilən sanksiyalar insanların bütün hüquqlarını pozur. Lakin heç bir Qərb dövləti bir söz belə deyə bilmir.

B. Kaani bildirib ki, bəzi hallarda ağır cinayət törədən adamların həbsdən azad olunması tələb edilir. Casusluqda və digər ağır cinayətlərdə ittiham edilərək həbs olunan və günahı məhkəmə tərəfindən sübuta yetirilən insanların azadlığa buraxılması tələbi ikili standartlardan xəbər verir.

İnsan hüquqları ümumbəşəri dəyərdir və onun qorunması zəruridir. Lakin insan hüquqlarından siyasi təsir mexanizmi kimi istifadə etmək yolverilməzdir.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: