Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Okt 10:42Olke
İnsan Hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər "Amnesty International"ın bəyanatına etiraz ediblər
Azərbaycanda İnsan Hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər "Amnesty International"ın verdiyi bəyanata etiraz barədə Müraciət imzalayıblar.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, müraciətdə deyilir:
Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər olaraq dərin narahatlıq və narazılıq hissi ilə Sizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mülki şəxslərin qorunması vacibliyi ilə bağlı verdiyiniz bəyanata etirazımızı bildiririk.
Hüquq müdafiə təşkilatı kimi mülki şəxslərin humanitar hüquq, həmçinin beynəxalq insan hüquqları çərçivəsində qorunmasının vacibliyi ilə bağlı mövqeyiniz təqdirəlayiqdir. Lakin təəssüflər olsun ki, bəyanatınızda qeyri-obyektiv baxış və qərəzlilik hiss olunur.
Belə ki, bəyənatda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verirsiz lakin, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini qeyd etmirsiz.
Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxmından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.
Eyni zamanda düzgün olaraq qeyd edirsiniz ki, Azərbaycan və Ermənistan Klaster silahları barədə Konvensiyanın tərəfləridir. Azərbaycan tərəfi bu konvensiya ilə öhdəlikləri tamlıqla yerinə yetirir. Lakin Ermənistan ordusunun istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız legitim hərbi obyektləri hədəf seçir. Mülki obyektlərə konvensiyaya uyğun olaraq atəş açılmır.
Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər adından Sizə müraciət edir və Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini pisləməyə çağırırıq.
Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir.
İmzaladı:
Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Zəlixə Tahirova – Azərbaycan İnsan Hüquqları Mərkəzi Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyi Mirvari Qəhrəmanlı - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqları Mərkəzi
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib