Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Okt 11:04Olke
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması üçün elektron qeydiyyata başlanıldı
Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlayıb.
Mərkəzdən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən, məhkumluğu olmayan, yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” (http://ekabinet.dim.gov.az/ ) açmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.
İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından 40% müsbət nəticə göstərməyən ya psixometrik testlərin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.
Təlimlər intensiv formada – ikigünlük keçiriləcək. Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar komplektləşdirildikdən sonra namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir.
Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 90%-100% nəticə göstərənlər “A”, 90%-dən az nəticə göstərənlər isə “B” kateqoriyalı sertifikat alırlar. İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər