Sorğu
Оцените работу движка

26 Sen 09:54Olke

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb


Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.

RESPUBLİKAXƏBƏR.AZ-ın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ixtisas seçimi 25 sentyabr 23:59-da başa çatmalı olsa da, 26 sentyabr saat 10:00-a qədər uzadılıb.

Namizədlər müsabiqədə iştirak etmək üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Qeyd edək ki, 26 sentyabr saat 02:00-a olan məlumata görə, bu saata qədər ixtisas seçimi etmiş namizədlərin sayı 456-dır. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsinə aiddir.

Müsabiqəyə yalnız "Namizədin elektron ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: