Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Okt 10:29Olke
“South China Morning Post”: Azərbaycanı dəstəkləmək həqiqəti dəstəkləməkdir
Honkonqda nəşr olunan nüfuzlu “South China Morning Post” qəzetinin saytında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan hərbi təxribatları və onun nəticəsində yaranmış vəziyyət barədə məqalələr yerləşdirilib.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, “Ermənistan ilə Azərbaycan arasında toqquşmalar yenidən başlarkən Çin bu məsələdə nə üçün neytral qalmamalıdır?” sərlövhəli məqalədə Sovet İttifaqı dağılarkən millətçilərin Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək istəyinə düşdüyü qeyd olunub. Bildirilib ki, müharibə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və bir milyon günahsız insan öz evindən didərgin düşüb.
Məqalənin müəllifi Skarlet Ma qondarma “Dağlıq Qarabağ respublikası”nın marionet rejiminin 1931-1945-ci illərdə Çinin şimal-şərqindəki marionet Mancuriya rejiminin rəhbərliyi ilə müqayisə oluna biləcəyini vurğulayıb. O qeyd edib ki, Çin iki səbəbdən Azərbaycanla həmrəylik nümayiş etdirməli və Ermənistanı qınamalıdır. Birincisi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qlobal güc olan Çin beynəlxalq hüququ qorumalıdır. Bu xüsusda Çinin də xarici müdaxilə ağrısı ilə tanış olduğu vurğulanıb.
Bundan başqa, Çinin Azərbaycanı dəstəkləməsi Tayvandakı separatçılara dolayı bir mesaj olar. Çin də Azərbaycanla eyni problemlə üz-üzədir: eynilə Qarabağdakı separatçılar kimi ,Tayvandakı axmaq siyasətçilər də xarici qüvvələrin onların rejimini qoruyacağını düşünürlər. Çin bu məsələdə Azərbaycanı dəstəkləməklə ərazi bütövlüyünün bütün ölkələr üçün “qırmızı xətt” olduğunu nümayiş etdirə bilər.
Müəllif qeyd edir ki, çinlilər sülhsevər insanlardır. Amma məlumdur ki, ədalət olmadan sülh mümkün deyil. Azərbaycanı dəstələmək, həqiqəti dəstəkləməkdir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi