Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Okt 09:59Olke
Tural Gəncəliyev: Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktını şərh edib.
İcmadan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, T.Gəncəliyevin şərhində deyilir: "2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq ölkəmizin öz ərazisində apardığı əks hücum əməliyyatlarının fonunda qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb.
Əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər.
Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir.
Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur.
Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər