Sorğu
Оцените работу движка

15 Okt 10:28Olke

Atçılıq üzrə “Hər şey vətən üçün” adlı yarış keçiriləcək

Atçılıq üzrə “Hər şey vətən üçün” adlı yarış keçiriləcək
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı uğurlu əks-həmlə əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vuran və əzəli torpaqlarımızı işğaldan azad etməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyatmaqla yanaşı, cəmiyyətdə sonsuz ruh yüksəkliyinə səbəb olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə oktyabrın 16-18-də şanlı ordumuzun qəhrəmanlığına həsr olunmuş “Hər şey Vətən üçün” adlı tədbir keçiriləcək.

ARAF-dan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildiriblər ki, tədbir çərçivəsində oktyabrın 16-da və 17-də atçılığın konkur növü üzrə yeniyetmələr arasında “Ərgünəş”, peşəkar idmançılar arasında isə “Hadrut” və “Qarabağ” kubokları uğrunda yarışlar təşkil olunacaq.

Oktyabrın 18-də isə müxtəlif yaş kateqoriyalarında ingilis, Qarabağ və Dilbaz atlarının iştirakı ilə 5 qaçışdan ibarət cıdır yarışları təşkil olunacaq. Ordumuza dəstək məqsədilə keçirilməsi planlaşdırılan yarışda jokeylər öz atları ilə müvafiq olaraq “Suqovuşan”, “Murov”, “Cəbrayıl”, “Füzuli” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.

Tədbir yuxarıda qeyd olunan tarixlərdə saat 11:00-dan etibarən Binə Atçılıq Mərkəzində təşkil olunacaq.







Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi