Sorğu
Оцените работу движка

27 Sen 09:33Olke

Atletimiz Sabir Kazımov NPC-nin ilk Avropa çempionatında iştirak edəcək

Atletimiz Sabir Kazımov NPC-nin ilk Avropa çempionatında iştirak edəcək
Oktyabrın 7-10-da NPC-nin (Milli Bədən Tərbiyəsi Komitəsi) təşkilatçılığı ilə bodibildinq və fitness üzrə ilk Avropa çempionatı təşkil olunacaq.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, mötəbər yarışda ölkəmizi Sabir Kazımov mens fizik və klassik fizik kateqoriyalarında 183 santimetrdən yuxarı idmançıların yarışında təmsil edəcək. “Pro card” qazanmaq uğrunda mübarizə aparacaq atletimiz NPC-nin təşkilatçılığı ilə keçirilən yarışlarda mükafatçılar sırasına düşən ilk azərbaycanlı idmançıdır. Belə ki, həmyerlimiz ötən il Almaniyada təşkil olunan yarışda gümüş medal qazanıb.

Yarışa hazırlığı plan uyğun olaraq davam etdirən S.Kazımov deyib: “Turnirdə uğurla çıxış edərək “pro card”a sahib olmaq istəyirəm. Çünki gələcəkdə peşəkar atlet kimi mübarizə aparmaq üçün bu kartın olması vacibdir. Bu karta sahib olduqdan sonra “Mr.Olimpiya” yarışlarına qatılmağı düşünürəm”.

“Bu il koronavirus pandemiyasına görə yarışların çoxu ləğv olunub. Son iki aydır yarışların bərpasına başlanıb. NPC Avropa çempionatı da həmin yarışlarındadır. Bu yarışlara adətən ABŞ ev sahibliyi edir. Ancaq bu ilki yarış İspaniyanın Alikante şəhərində baş tutacaq”, - deyə S.Kazımov əlavə edib.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi