Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Okt 16:59Olke
Azərbaycan Gəncliyi: Vətənin Sənə Ehtiyacı Var!
Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gənclərə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Əziz gənclərimiz!
Bu gün Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün Vətən müharibəsi aparır. Azərbaycan milləti öz tarixinin şanlı səhifələrini yazır. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz döyüş cəbhəsində bir-birinin ardınca qələbələr qazanaraq, hamımızın qəlbini fəxr hissi ilə doldurur. Biz bu döyüşü çoxdan gözləyirdik. Biz bu qələbələrin 30 ildir ki, həsrətindəyik.
Amma hazırda döyüş təkcə real cəbhədə aparılmır. Düşmən bizə qarşı təcavüzünü virtual məkanda da aparır. Hər cür yalanlar, çoxsaylı dezinformasiyalar yaymaqla düşmən özünü beynəlxalq ictimaiyyətə qurban kimi təqdim edir, Azərbaycanı və Azərbaycanlıları nüfuzdan salmağa çalışır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyətdə onların yalanlarına uyanlar da az deyil. Amma bu amil bizi ümumi məqsəd, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə daha da sıx birləşdirməlidir.
Arxa cəbhədə olan bizlərin Vətən qarşısında borcu bu virtual müharibədə vuruşmaq, əsgərlərimizin döyüş meydanında qazandığı uğurları möhkəmləndirməkdir. Çünki düşmən çox hiyləgərdir və sosial mediada “fake” xəbərlər yaymaqla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmağa çalışır.
Əziz həmvətənlər!
Vətənimiz Azərbaycanın indi hər birimizin dəstəyinə, fəallığına ehtiyacı var. İndi Vətən qarşısında borcumuzun yerinə yetirilməsi vaxtıdır. İndi biz yumruq kimi birləşərək, haqlı mövqeyimizi dünyanın diqqətinə çatdırmalıyıq.
Ona görə də, hamınızı virtual platformalarda, xüsusilə də sosial mediada fəal olmağa çağırırıq. Erməni yalanlarına qarşı mübarizə aparaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraq. Bunun üçün Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) platformalarına qoşulmağa, hamınızı sosial media səhifələri yaradaraq erməni yalanlarını ifşa etməyə, dünya liderləri və beynəlxalq təşkilatlardan Erməni təcavüzünə son qoymağı tələb etməyə çağırırıq. Azərbaycan barədə həqiqətlər dostlarınıza, tanışlarınıza, tələbə yoldaşlarınıza çatdırılarsa, erməni yalanlarının dünyada yayılmasının qarşısını almış olarıq.
Biz hazırda Vətən Müharibəsi aparırıq! Vətənimizin bizə ehtiyacı var!
Vətən müharibəsindən kənarda qalma və ASPA və ATGTİ-nin aşağıda sadalanan sosial media platformalarına qoşul ki, informasiya ilə təchiz olunub Azərbaycan həqiqətlərinin dünyada yayılmasına töhfə verə biləsən!
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
https://www.facebook.com/atgti
https://www.instagram.com/atgti_asyou/
https://www.instagram.com/asaplatform/?hl=en
https://www.facebook.com/asaplatform2020/
http://twitter.com/asaplatform_
https://t.me/asaplatform
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ