Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 İyl 19:50Olke
Həbib Misirov: Azərbaycan gəncliyi Ali Baş Komandanın ətrafında tam səfərbər olub
Bir neçə gün əvvəl sərhədin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri əsl qəhrəmanlıq dastanı yazdı. Düşmənin qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel döyüşlərindən sonra bir daha döyüş meydanında sübut etdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu döyüşlərdə düşmən başından zərbə aldı. Bu zərbəni isə Azərbaycan vurdu. Ona görə təxribatı törətdikləri ilk gün geri otuzdurulduqdan sonra dərhal riyakarcasına Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına müraciət etdilər. Kənardan özlərinə kömək axtardılar, üzvü olduqları təşkilatları münaqişəyə cəlb etdilər. Lakin unutdular ki, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasəti və şəxsi dostluq münasibətləri nəticəsində KTMT üzvü olan dövlətlər Ermənistan istisna olmaqla, Azərbaycanın ən yaxın, hətta strateji tərəfdaşlarıdır. Ən mühümü isə odur ki, bu dövlətlərdən üçü - Belarus, Qazaxıstan və Qırğız Respublikası beynəlxalq təşkilatların xətti ilə Ermənistanın təxribatı ilə bağlı Azərbaycanın haqlı mövqeyinə birmənalı dəstəyini ifadə ediblər. Elə bunun nəticəsidir ki, KTMT Paşinyanın müraciətini cavabsız qoydu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib.
“Ən əsası isə odur ki, Ermənistan gördü ki, Azərbaycanın qarşısında duruş gətirməyə gücü çatmaz. İki gün öncə Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə danışan Prezident İlham Əliyevin "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” deməsində çox böyük həqiqət vardı. Paşinyan da, Ermənistan ictimaiyyəti də bu həqiqəti bilir və başa düşürlər ki, əgər döyüş meydanında Azərbaycanla üz-üzə qalsalar, məhvə məhkumdurlar.
Tovuz döyüşləri Azərbaycan cəmiyyətindəki milli həmrəyliyin, vətənpərvərlik hisslərinin, xalqımızın, əsl sərkərdə qətiyyəti ilə qələbəni təmin edən Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təsdiqi oldu. İyulun 14-də Bakıda keçirilən yürüş xalqımızın öz rəhbərinə və ordumuza dəstəyinin, məhəbbətinin ifadəsi idi. Bu yürüş həm də Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyinin və Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olmasının tarixi təcəssümü oldu”, - deyə Həbib Misirov bildirib.
O bildirib ki, bu günlərdə cəmiyyətimizdə hərbi səfərbərlik çağırışının güclənməsi, xüsusən on minlərlə gəncin, o cümlədən Kəlbəcər rayonundan olan gənc nəslin nümayəndələrinin səfərbərlik orqanlarında qeydiyyata düşməsi göstərir ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa hazırdır və bir qarış belə torpağımız düşmənə verilməyəcək. Buna görə gənclərə təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: "Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci”.
İctimai Birliyinin sədr müavini deyib: “Təəssüf hissi ilə qeyd etmək istərdim ki, antiazərbaycançı şəbəkə Ermənistanın təxribatının ilk vaxtlarından öz mənafeyi naminə istifadə etməyə, hətta bunun üçün düşmən dəyirmanına su tökməyə çalışdı. Sosial şəbəkələr üzərindən ordumuzun uğurlarına kölgə salan, cəmiyyətdə çaşqınlıq yaradan, insanları qorxutmağa xidmət edən fikirlərin paylaşılması, o cümlədən orduya dəstək aksiyasından sui-istifadə edərək bir qrup insanın Milli Məclisin binasına soxulması antiazərbaycançı şəbəkənin ölkəmizdə həyata keçirmək istədiyi növbəti pozuculuq planının tərkib hissələri idi. Lakin Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi, döyüş meydanındakı uğuru sosial şəbəkələrdəki bütün təxribatçı çağırışları alt-üst etdi. O cümlədən xalq-iqtidar birliyi və güclü Azərbaycan dövləti Milli Məclisə basqın edən, ölkəni xaosa sürükləmək istəyənlərin qarşısında keçilməz sipərə çevrildi. Bir daha sübut olundu ki, 1992-ci ildə Milli Məclisə hücum etməklə ölkəni anarxiyaya sürükləyən qaragüruh qruplar daha bu niyyətlərinə çata bilməzlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”.
Həbib Misirovun sözlərinə görə, Tovuz döyüşlərindən sonra meydana çıxan reallıqlardan biri də odur ki, informasiya təhlükəsizliyinin qorunması cəmiyyətin və dövlətin sabitliyinin ən mühüm şərtlərindən biridir. Çünki bu gün bütün dünya informasiya texnologiyalarının inkişafının elə bir mərhələsinə gəlib çatıb ki, müasir resurslar yalan informasiyaların asanlıqla yayılmasına imkan verir.
“Bu günlərdə xalqımıza müraciət edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da məqsədi diqqəti buna çəkmək, hamını indiki şəraitdə sayıq olmağa, döyüş meydanında olduğu kimi, həm də kompüter qarşısında Azərbaycanın mövqeyini müdafiə etməyə səsləməkdir. Bəli, hər birimiz virtual müharibənin gücləndiyi dövrdə ölkəmizin informasiya təhlükəsizliyinin qorunmasında yaxından iştirak etməli, düşmənin bu müstəvidə həyata keçirdiyi pozuculuq fəaliyyətinin qarşısını almaq üçün bütün internet resurslarında və sosial şəbəkələrdə fəal olmalıyıq.
Tovuz döyüşlərindən sonra Azərbaycana dost olan dövlətlər, təşkilatlar ölkəmizi dəstəkləyən bəyanatlar verdilər. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi sıralarında çoxsaylı dövlətləri birləşdirən təşkilatlar Ermənistanın işğalçı siyasətini qətiyyətlə pislədilər, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə qalxdılar. Türkiyə, Pakistan kimi müttəfiq dövlətlər birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını bildirdilər. O cümlədən Ukrayna, Moldova, Özbəkistan kimi dövlətlərin Azərbaycanı dəstəkləmələri, İtaliya parlamentinin deputatlarının qətiyyətli bəyanatları Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşası baxımından mühüm rol oynadı.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin hücum diplomatiyası öz uğurlu nəticəsini verir, Ermənistanın bütün dünyada işğalçı dövlət kimi tanınması prosesini sürətləndirir. Bu günlərdə ABŞ Konqresində erməni diasporu tərəfindən Azərbaycana qarşı təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi də göstərdi ki, artıq erməni diasporunun güclü olduğu ölkələrdə də dünya erməniliyinə zərbə vurulur.
Prezident İlham Əliyevin hücum diplomatiyası nəticəsində Azərbaycanın haqq işi dünyanın aparıcı siyasi mərkəzlərində mühüm dəstək qazanır. Artıq Ermənistanın və erməni yalanlarının qlobal miqyasda ifşası geniş vüsət alıb. Əminik ki, bu proses getdikcə daha da sürətlənərək öz məntiqi sonluğuna uğurla çatacaq, hansı yolla olursa olsun, torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək,”- deyə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov vurğulayıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi