Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 İyl 14:05Olke
Emin Hacıyev: “Beynəlxalq təşkilatlar Ermənistana təzyiqlərini artırmalıdır”
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son hərbi təxribatlar bunun əyani sübutudur.
Güclü Ordumuz bu dəfə də düşmənin hücumlarının qarşısını qətiyyətlə alaraq, qarşı tərəfə sarsıdıcı zərbələr endirdi. Hərbi texnikaları, istehkamları darmadağın edilən düşmən canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkildi. Ağır döyüşlər zamanı Ordumuz da itkilər verdi.
General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər qəhrəmancasına şəhid oldu. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının ön cəbhədə əsgərlərlə birgə Vətəni qoruduqlarını göstərdi.
İşğalçı Ermənistanın Tovuz istiqamətində hücumları zamanı mülki əhalimiz də hədəfə alınaraq, ağır silahlardan atəşə tutuldu, növbəti vandalizm aktı törədildi. Artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu həlak oldu. Çoxlu sayda yaşayış evləri dağıdıldı, fərdi təsərrüfatlara ciddi ziyan dəydi.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının formatını, atəşkəs rejimini kobud şəkildə pozan, beynəlxalq hüququn, konvensiyaların tələbini heçə sayan Ermənistanın bu addımları cavabsız qalmamalıdır.
Beynəlxalq təşkilatlar Tovuzda baş verənlərə biganə qalmamalı, sadəcə bəyanat verməklə kifayətlənməməli, Ermənistana təzyiqlərini artırmalı, ciddi sanksiyalar tətbiq etməlidir. Çünki Ermənistanın cəzalandırılmaması onu daha da azğınlaşdıraraq, yeni təxribatlara sövq edir.
Yaxşı olardı ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri atəşkəsə əməl etməyə çağırmaqdansa, işğalçını öz adı ilə çağırsın. Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən Ermənistanın işğalçılıq siyasəti pislənməli, dərhal zəbt etdiyi torpaqları azad etməsi tələb olunmalıdır.
BMT və digər qurumların qəbul etdiyi qətnamələri indiyədək icra etməyən, əvəzində Azərbaycana qarşı təcavüzkar siyasətini genişləndirən, hərbçilərimizi, mülki əhalini qətlə yetirən Ermənistan törətdiyi bütün bu əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir.
Onu da qeyd edək ki, Ermənistanın Azərbaycana budəfəki hücumu Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan neft və qaz kəmərlərinin keçdiyi ərazinin yaxınlığında baş tutub.
Beynəlxalq təşkilatlar, dövlətlər bu məsələyə çevik reaksiya verməli, Ermənistanın təcavüzkar əməllərinin regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə olduğunu bəyan etməlidir. Həmçinin, dünya ictimaiyyətinin COVID-19-la mübarizə apardığı bir zamanda Ermənistanın əsaslı sülh üçün beynəlxalq çağırışlara məhəl qoymadığına konkret münasibət bildirməlidir.
Nəhayət, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymalıdır! Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanaraq torpaqlarını işğaldan azad etmək üçün hərəkətə keçəcək.
Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Cənab Prezidentin çağırışından sonra minlərlə gəncimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq Orduda xidmət etmək haqqında öz arzularını bildirir, müvafiq qaydada qeydiyyata alınırlar.
Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirir. Həmçinin ölkəmizdə 43 siyasi partiya bəyanat imzalayaraq, cənab Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini bəyan etdi.
Milli həmrəylik, vətəndaş-dövlət birliyi, Xalq-Ordu vəhdəti Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduğumuzu göstərir. Hər bir azərbaycanlı Ali Baş Komandanımızın döyüş əmrini gözləyir!
Emin Hacıyev
Milli Məclisin deputatı
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi