Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Okt 10:28Olke
Azərbaycanlı sahibkar və menecerlər onlayn ixtisasartırma kursu keçib
Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda davam etdirilir. Proqram çərçivəsində cari il avqustun 17-dən oktyabrın 8-dək virtual ixtisasartırma kursu keçirilib. Təlimdə Azərbaycandan 8 nəfər olmaqla, ümumilikdə Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstandan sahibkar və menecerlər iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, oktyabrın 8-də ixtisasartırma kursunun yekunlarına həsr olunmuş onlayn konfrans keçirilib. Tədbirdə çıxış edən KOBİA-nın idarə heyəti sədrinin müşaviri Zaur Qardaşov Azərbaycan-Almaniya birgə proqramının partnyor ölkələr üçün əhəmiyyətini qeyd edib, konfrans iştirakçılarına təcavüzkar Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan bu il sentyabrın 27-dən növbəti dəfə Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. İşğalçı ölkənin əsas hədəfi mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir.
Tədbirdə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, GIZ-in, Köln şəhərində yerləşən Karl Düysberq Tədris Mərkəzinin nümayəndələri ixtisasartırma kursunun nəticələri barədə danışıblar. Proqram iştirakçıları kurs müddətində keçdikləri təlimlər, alman şirkətləri ilə təşkil olunmuş görüşlər və qurulmuş işgüzar əlaqələr barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyada ödənişsiz ixtisasartırma kursunda iştirak edir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. İndiyədək proqram çərçivəsində 450 azərbaycanlı sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ