Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Sen 08:53Olke
Avstriyanın mühüm mədəniyyət tədbirlərindən biri pandemiya ilə əlaqədar ləğv edilib
COVID-19 pandemiyası ilə əlaqədar hər ilin fevral ayında Vyana Dövlət Operasında keçirilən və dünyanın ən məşhur ballarından biri sayılan Vyana Opera balı bu mövsüm ləğv edilib.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə elan edilib. Federal Kansler Sebastian Kurts bildirib ki, Vyana Opera balı Avstriya və Vyananın dünyada tanıdılmasında müstəsna rol oynayır, lakin qarşıdakı mövsümdə balın baş tutması sadəcə olaraq məsuliyyətsizlik olardı. Eyni zamanda qeyd edilib ki, qapalı məkanlarda keçirilən şənlik və yığıncaqlarda yoluxma hallarının daha çox qeydə alınması belə bir qərarın qəbulunu qaçılmaz edib.
Vitse-kansler Verner Koqler bildirib ki, belə bir mötəbər tədbirin ölkənin hüdudlarından kənarda necə məşhur olduğunu və ölkənin imici üçün hansı əhəmiyyət daşıdığı hamıya məlumdur. Buna baxmayaraq yoluxma hallarının artması fonunda insanların sağlamlığını qorumaq ön planda dayanmalıdır.
Ötən günlərdə Vyana şəhərində keçirilən digər ballar da ləğv edildikdən sonra “ballar balı“ titulunu daşıyan Vyana Opera Balını bu mövsüm ləğv etmək əvəzinə yığcam formatda keçirilməsi təklif olunurdu.
Hökumətin Mədəniyyət üzrə dövlət katibi Andrea Mayer bu təklifin qəbul olunmadığını bildirib, yığcam formatın cəmiyyətə yanlış siqnal verəcəyini, eləcə də hər il beş min qonağın qatıldığı balın dəbdəbə və sanbalına xələl gətirə biləcəyini diqqətə çatdırıb.
Avstriyanın dövlət və hökumət rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, iqtisadi dairələrin təmsilçiləri, xarici qonaqlar və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi Vyana Opera Balı yüksək estetik zövqlə hazırlanan mədəni tədbir olmaqla yanaşı siyasi və iqtisadi dairələrin qeyri-formal şəkildə bir araya gəldiyi məkan, Vyana şəhəri üçün isə iqtisadi baxımdan mühüm gəlir mənbəyidir.
Qeyd edilməlidir ki, İkinci Dünya müharibəsindən sonra 1956-cı ildə bərpa olunan Vyana Opera Balı ikinci dəfədir ləğv edilir. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsinə etiraz olaraq baş tutmamışdı.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər